78 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib
Hacıqabul və Kürdəmir rayonlarında Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən “Əmək Yarmarkası” keçirilib. Dövlət Məşğulluq Xidmətindən “Olaylar”a verilən məlumata görə, Hacıqabul rayonunda keçirilən tədbirdə 32 müəssisə iştirak etmişdir ki, onlardan 28-i dövlət, 4-ü qeyri dövlət müəssisələri olmuşdur.
28 Avqust 2017 17:23 SosialHacıqabul və Kürdəmir rayonlarında Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən "Əmək Yarmarkası" keçirilib. Dövlət Məşğulluq Xidmətindən "Olaylar"a verilən məlumata görə, Hacıqabul rayonunda keçirilən tədbirdə 32 müəssisə iştirak etmişdir ki, onlardan 28-i dövlət, 4-ü qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 143 boş iş yerinin 118-i dövlət, 25-i isə özəl sektora aid olan işlər olmuşdur. Tədbir zamanı 64 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir. Kürdəmir rayonunda keçirilən tədbirdə 40 müəssisə iştirak etmişdir ki, onlardan 18-i dövlət, 22-i qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 281 boş iş yerinin 246-sı dövlət, 45-i isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 78 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.