İndoneziyada Azərbycan mədəniyyət mərkəzi açılacaq

Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya ölkələri Departamentinin direktoru Ferdi Niko Yohannes Piayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” bildirir ki, nümayəndə heyətini ADU-da görməkdən məmnunluğunu bildirən rektor bu görüşün baş tutmasının təbii hal olduğunu deyib. O, qeyd edib ki, ADU-da İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixi öyrədilir. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət görtərdiyini deyən rektor hər il ADU-nun 10 tələbəsinin İndoneziyaşünaslıq ixtisası üzrə hazırlandığını söyləyib: “Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər. Azərbaycanda təkcə İndoneziya səfirliyi fəaliyyət göstərmir, burada eyni zamanda İndoneziyasevərlər məkanı var”.

Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya ölkələri Departamentinin direktoru Ferdi Niko Yohannes Piayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. "Olaylar" bildirir ki, nümayəndə heyətini ADU-da görməkdən məmnunluğunu bildirən rektor bu görüşün baş tutmasının təbii hal olduğunu deyib. O, qeyd edib ki, ADU-da İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixi öyrədilir. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət görtərdiyini deyən rektor hər il ADU-nun 10 tələbəsinin İndoneziyaşünaslıq ixtisası üzrə hazırlandığını söyləyib: "Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər. Azərbaycanda təkcə İndoneziya səfirliyi fəaliyyət göstərmir, burada eyni zamanda İndoneziyasevərlər məkanı var".

Öz növbəsində F.N.Y.Piay ADU-da İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərməsi barədə məlumatlı olduqlarını deyib. Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən qonaq bildirib ki, bu, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq barədə danışan diplomat bildirib ki, bu çətir altında İndoneziyada da Azərbaycan dili və mədəniyyəti mərkəzi açıla və cəmiyyətlərimiz bir-biri ilə daha yaxından tanış ola bilər. Ona cavab olaraq K.Abdulla əlavə edib ki, ADU İndoneziyada məsləhət görülən universitetlərdən birində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaratmağa və həmin mərkəzi avadanlıqlarla təchiz etməyə, həmçinin həmin mərkəzdə çalışmaq üçün professor göndərməyə hazırdır. K.Abdulla bildirib ki, bu mərkəzdə indoneziyalı tələbələr öz istəklərinə uyğun olaraq Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətini öyrənə bilərlər. Görüşdə iştirak edən İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani artıq İndoneziya tərəfinin Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı məlumatlı olduğunu və konkret universitetin müəyyənləşdirildiyini söyləyib. O, bildirib ki, paytaxt Cakartadakı İndoneziya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı həmin universitetin rəhbərliyindən şifahi razılıq alınıb. Hal-hazırda səfirlik həmin universitetdən rəsmi cavab gözləyir və bu barədə məktub gələn kimi dərhal ADU-ya müvafiq məlumat veriləcək.

Görüşdə ADU-dakı İndoneziya Araşdırmalar Mərkəzinin daha da genişləndirilməsi, multikulturalizmlə bağlı tədbirlərin keçiirlməsi və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31