Lənkəran regional ədliyyə idarəsi Yardımlıda seminar-müşavirə keçirib

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Yardımlı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. “Olaylar” xəbər verir ki, bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Korrupsiya hüquqpozmalarının qarşısının alınması və bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması”, “Bələdiyyələrdə kargüzarlığın təşkili” mövzusunda məruzə edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Yardımlı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. "Olaylar" xəbər verir ki, bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, "Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir", "Korrupsiya hüquqpozmalarının qarşısının alınması və bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması", "Bələdiyyələrdə kargüzarlığın təşkili" mövzusunda məruzə edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31