Sosial

Hadi Rəcəbli: Azərbaycan turistlər üçün maraqlı bir məkana çevirilib

29 Avqust 2017 12:01

“Azərbaycanın turizm potensialı olduqca  yüksəkdir. Ölkəmizin həm təbii-coğrafi, həm də müasir dünyada tutduğu mövqe Azərbaycanı turistlər üçün maraqlı bir məkana çevirib”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat: Ölkənin iqtisadi inkişafı həm də sosial məsələlərin həllinə əhəmiyyətli təsir edir

29 Avqust 2017 12:00

“Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızda bütün sahələrdə yüksək inkişaf göstəriciləri ilə müşayiət olunur”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, ölkəmizdə müşahidə olunan  inkişaf həm də sosial məsələlərin həllinə əhəmiyyətli təsir edir.

Ermənilər daha bir Azərbaycan mahnısını oğurlayıb - VİDEO

29 Avqust 2017 11:53

Erməni müğənni Super Sakonun ifa etdiyi "Mi Gna"(getmə) mahnısı İsrail Məmmədovun ifa etdiyi "Sən gəlin köçən gün" adlı mahnı ilə eynidir. Türkiyəni fəth edən mahnının türk versiyasını da bəzi müğənnilər ifa edib.

Azərbaycanın ABŞ-dakı səfirliyi xəbərdarlıqla çıxış edib

29 Avqust 2017 11:40

Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Facebook” səhifəsinin verdiyi məlumata görə, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində "qaynar xətt" fəaliyyət göstərir: “Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur.

Məhərrəm ayının vaxtı bəlli olub

29 Avqust 2017 11:39

Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır. Aşura günü isə oktyabrın 1-ə təsadüf edir.

Salyanda 33 yaşlı kişi intihar edib

29 Avqust 2017 11:36

Salyan şəhərində intihar hadisəsi qeydə alınıb. Məlumata görə, hadisə rayonun Xocalı kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Amid Mirhabil oğlu Həsənov yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bakıda qadın özünü yandırıb

29 Avqust 2017 11:35

Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə paytaxtın Xətai rayonu, M. Hadi küçəsi 11 ünanında qeydə alınıb. Həmin ünvanda yaşayan 50 yaşlı Nüşabə Cəfərova üzərinə benzin tökərək özünü yandırıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb. Məlumatda o da bildirilir ki, N. Cəfərova ruhi xəstə olub. Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Bayram günlərində dəmir yolu gücləndirilmiş iş rejimində işləyəcək

29 Avqust 2017 11:32

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi müqəddəs Qurban Bayramı ərəfəsində  gucləndirilmiş iş rejimində çalışacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən ictimaiyyətlə əlaəqlər  şöbəsinin rəhbəri Sevinc Qədirova məlumat verib.Onun sözlərinə görə, hazırda Sərnişin daşımaları departamentininkollektivi  bu istiqamətdə ciddi hazırlıq işləri görür.

Təhsil Nazirliyi: Namizədlər qeydiyyatdan keçməlidirlər

29 Avqust 2017 11:29

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Müvafiq keçid balını toplayan, lakin müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.

Nazirlik şagirdlərə  müraciət etdi

29 Avqust 2017 11:26

Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib. Nazilikdən verilən məlumata görə,2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.

Cadu müəmması: Kişinin şəklini sancaqlayıb, qəbiristanlığa atdılar – VİDEO

29 Avqust 2017 11:20

Gəncədə qəbiristanlıqdan cadu tapılıb. Videodan da göründüyü kimi, bir nəfər şəxsin fotosuna sancaqlar taxılıb. Bununla yanaşı, şəkilin yanında qıfıl da var. Gənc oğlana cadu edənlər bunu Gəncə qəbiristanlığında məzarlardan birinin yanına atıb. 

Bədbəxtlik gətirən adlar

29 Avqust 2017 09:56