Azərbaycanın ABŞ-dakı səfirliyi xəbərdarlıqla çıxış edib
Azərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun “Facebook” səhifəsinin verdiyi məlumata görə, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində "qaynar xətt" fəaliyyət göstərir: “Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur.
29 Avqust 2017 11:40 SosialAzərbaycanın ABŞ-dakı səfirliyi Harvi qasırğası ilə bağlı bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun "Facebook" səhifəsinin verdiyi məlumata görə, Texas ştatında davam edən Harvi qasırğası ilə əlaqədar Azərbaycanın Vaşinqtondakı səfirliyində "qaynar xətt" fəaliyyət göstərir: "Təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlardan ABŞ-ın bu bölgəsinə səfər etməmələri tövsiyə olunur. Təbii fəlakət zonasında olan vətəndaşlarımızdan yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinin telefon nömrələrinə zəng etmələri xahiş olunur". Apa.az