Sosial
Uşaqları birinci sinfə niyə qəbul etmirlər?
“Artıq neçə gündür ayrı-ayrı insanlardan üzərimə xahişlər yağır. Bəlkə də son 20 gündə 20-yə yaxın tanışdan, dostdan, tanımadığım vətəndaşlarda müraciət alıram ki, bəs uşağı birinci sinifə qəbul etmirlər, bəhanə də budur ki, məktəbdə boş yer yoxdur. Yaxud da öncədən qeydiyyatdan keçməyib. Hələ lisey adlanan məktəblərdə 1-ci sinif uşaqları üçün guya sınaq imtahanı keçirilib, guya lazımı balı toplamadıqlarına görə məktəbə qəbul etmələri mümkün deyil”.
Qudurğan məmur övladlarından necə qorunmalı?
Son günlər məmur övladlarının vüsət alan kriminal əməlləri ictimaiyyəti ciddi narahat etməkdədir. Ekspert Ərşad Hüseynov məsələyə münasibətini sosial şəbəkədə bildirib. Ekspert qeyd edib ki, iri məmur uşaqlarının rezonans doğuran kriminal əməllləri sistemli xarakter alıb: “Hətta onları, xüsusən onlara aid nəqliyyat vasitələrini xüsusi təhlükə mənbəyi kimi fərqləndirənlər də çoxalır.
Komitə növbəti hərrac keçirib
Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 29-da növbəti hərrac keçirib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlakların hamısı Bakıda yerləşir.
6 yaşlı oğlan meşədə itib
Qubanın Əski İqrığ kəndində itkin düşmüş 6 yaşlı oğlanın axtarışı nəticəsiz qalır. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 28-də Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb. Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Hələlik axtarış işləri nəticə verməyib.
Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirib
"Azəbaycanda ümumtəhsil məktəb dərsliklərinin hazırlanması davamlı şəkildə həyata keçirilən bir prosesdir. 2008/2009-cu tədris ilindən başlayaraq yeni kurrikulumun tətbiqi nəticəsində hər il bir sinfin dərsliklərinin yeni proqramla hazırlanması, nəşr edilməsi və çap edilərək məktəblərə çatdırılması prosesi davam edir. Həmin proqramla tədrisə başlayan şagirdlər 2017/2018-ci tədris ilində artıq X sinifdə təhsil alacaq. Ona görə də bu il X sinif dərsliklərinin hazırlanması üçün tender bir il öncə həyata keçirilib". Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bəzi dərslik müəlliflərinin narazılıqlarına cavab olaraq deyib. Nazir müavini bildirib ki, ötən ilin noyabr ayında həmin dərsliklərin hamısı qiymətləndirilib və müvafiq şöbəyə təqdim edilib.
Əlilliyi olan şəxslər istirahət mərkəzinə yola salınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, bu təbəqədən olan daha 85 nəfər şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.
Müəllimlərin imtahanındakı biabırçılığın səbəbi...
Müəllimlərin işə qəbul üzrə müsahibə mərhələsində bəzi namizədlər onlara ünvanlanan primitiv suallara cavab tapa bilməyiblər. Təhsil Nazirliyinin yaydığı məlumata görə, müsahibəyə gələn namizədlər arasında bayrağın rəmzlərini, 20 Yanvar faciəsinin mahiyyətini, rayonlarımızın işğal günlərini bilməyənlər də olub.
“Nə almıram, nə də vermirəm” — Direktordan üzrü günahından betər AÇIQLAMA
Paytaxtın Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova jurnalisti təhqir etməsi ilə bağlı yayılan səs yazısına münasibət bildirib.
Bu yaşıllığın məhv edilməsi cəmiyyətə ziyan yox, xeyir verir
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində "Xaş-Xaş 2017" kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.
Xanım direktorun fotosu müzakirələrə səbəb oldu
Azərbaycanda yeni tədris ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bir neçə məktəbin direktoru dəyişdirilib. Həmin məktəblərdən biri də Sumqayıtda fəaliyyət göstərən 25 nömrəli tədris ocağıdır. Sosial şəbəkələrdə sözügedən məktəbə gənc xanımın təyinat alması barədə məlumatlar yayılıb. Şəbəkə istifadəçiləri xanım direktor Arzu Alzadənin bu vəzifəni icra etmək üçün çox gənc olduğunu vurğulayıblar.
Nazir müavini: "Test imtahanlarının ləğvindən söhbət getmir"
Təhsil Nazirliyi Azərbaycanda test imtahanlarının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov deyib ki, söhbət test imtahanlarının ləğvindən getmir: "Söhbət bizim gördüyümüz və bildiyimiz qaydada test imtahanlarının təkmilləşdirilməsindən gedir. Artıq faktiki olaraq bu proses başlayıb.
Polis bayramda gücləndirilmiş iş rejimində çalışacaq
Qurban bayramı günlərində Azərbaycan polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovbununla bağlı əmr imzalayıb. Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti sentyabrın 1-dən 5-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilməsi tələb olunur.
Xaricdən gələn üzümlərə aldanmayın – XƏBƏRDARLIQ
Neftin qiymətinin aşağı düşməsindən sonra əsas diqqət qeyri-neft sahəsinə, xüsusilə də kənd təsərrüfatına yönəlib. Kənd təsərrüfatının bir çox sahəsində inkişaf üçün addımlar atılır. Üzümçülük də kənd təsərrüfatının önəmli sahələrindəndir. Bir müddət bu geriləmə müşahidə olunsa da artıq bu sahənin inkişafı istiqamətində addımlar atılır.
Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı
Sabunçu rayon 187 saylı tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, artıq məsələ araşdırılır, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Çin mətbəxi Azərbaycanda tanıdılır
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycanda Çin milli mətbəxinin, Çində isə Azərbaycan milli mətbəxinin tanıdılması istiqamətində genişmiqyaslı fəaliyyətini davam etdirir. “Olaylar” bildirir ki, zəngin Çin mətbəxi ənənələrinin təbliği ilə bağlı görülən işlər bu yay keçirilən iki mötəbər kulinariya tədbirində iştirak sayəsində daha da geniş vüsət alıb. Belə ki, iyulun 15-də Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan qatılmış 500-dən çox iştirakçı sırasında olan ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları Çin milli mətbəxinin maraqlı nümunələrindən olan bambuk yarpaqlarına bükülmüş içliklə 3-cü yerə layiq görülüb.














