Sosial
Şöbə müdiri: "Ali məktəblərin reytinqini hazırlamaq mümkün olmadı"
“Bu ilin yay aylarında Təhsil İnstitutu Azərbaycan ali təhsil müəssisələrinin reytinqini hazırlamağa cəhd göstərib. Lakin sonda bu reytinqi hazırlaya bilmədik. Çünki əlimizdə olan mövcud məlumatlarla ali məktəblərin reytinqini dünya təcrübəsinə uyğun hazırlamaq çətindir”.
Meyiti quyudan tapılan 6 günlük qızın ölüm səbəbi
Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının meyitinin ekspertiza nəticələri bəlli olub. 6 günlük Mələk daxili qanaxmadan ölüb. Belə ki, döş boşluğuna nüfuz edən iynə vasitəsilə qaraciyər və ağciyərin zədələnməsi, döş boşluğunda qanaxma körpənin ölümünə səbəb olub. Ekspertiza nəticələri müstəntiqə təhvil veriləcək.
Qurban bayramı ilə əlaqədar Bakıda yarmarkalar təşkil olunacaq
Sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Bağlı qapı arxasında meyit aşkarlanıb
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Nəcəfov Fəxrəddin Fərman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Şimşək çaxacaq, yağış yağacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Bakıda bu il 8 min sərxoş sürücü tutulub - Aralarında xanımlar da var
“Cari ilin əvvəlindən bu günə qədər 8 mindən çox sərxoş sürücü yol polisi tərəfindən saxlanılıb”. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. DYP rəsmisi bildirib ki, şəhərdə keçirilən reydlər zamanı xeyli sayda sərxoş sürücü aşkarlanıb: “Sərxoş sürücülərə daha çox sutkanın qaranlıq vaxtında rast gəlinir. Ümumilikdə, sərxoş halda avtomobil idarə edənlər arasında xanımlar da olur”. V.Əsədov sürücülərin diqqətinə çatdırıb ki, içkili avtomobil idarə edən sürücü həm özü, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır.
Oğlan uşaqlarının sayı azalsa da, hər il qız uşaqlarından 7 min çox doğulurlar
Azərbaycanda son 2 il ərzində doğulanlar arasında hər 100 qıza düşən oğlanların sayı nisbətən azalıb. 2015 və 2016-cı illərdə ölkədə hər 100 yeni doğulan qıza düşən oğlan uşaqlarının sayı 114 olub. Bu isə ölkədə 1998-ci ildən sonra qeydə alınan ən aşağı göstəricidir. Belə ki, 1998-ci ildən başlayaraq, Azərbaycanda hər 100 qıza düşən oğlanların sayı 114-118 arasında dəyişib. Bu göstəricinin ən yüksək həddi 118 olmaqla 2003 və 2009-cu illərdə qeydə alınıb.
Polis 33 kq narkotik müsadirə edib
Bərdədə və Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdborakı kənd sakini Taleh Hüseynovun həyətinə baxış zamanı orada kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə evindən 13 kiloqram 430 qram marixuana aşkarlanıb.
Azərbaycanlı idmançıları oteldən QOVDULAR
Türkiyənin Antaliya şəhərinə yollanan bir qrup azərbaycanlı dincəlmək istədikləri “Sirene Belek” otelindən qovulublar. Bu barədə sözügedən məkanda hadisənin şahidi olan turist xəbər verib. Onun sözlərinə görə, qovulanlar arasında bir sıra idmançılar da var.
Dövlətin mətbuata dəstəyi söz azadlığının təmin olunmasına tövhə verir
Müstəqillik qazandıqdan sonra zaman – zaman inkişaf edən Azərbaycan mətbuatının tarixi zəngin və qədimdi. Mətbuatımızın inkişaf yoluna QHT.az saytının baş redaktoru, QHT TV-nin rəhbəri və“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə ilə birgə nəzər saldıq.
“İslam Həmrəyliyi İli” müsəlman ölkələrinin biri-birini dəstəkləməsinə imkan yaradır
Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Sərəncamı xüsusi əhəmiyyət daşıyır. Maraqlıdır, ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” müsəlman dünyasına hansı töhfələri verməkdədir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dini zəminli münaqişələrin baş verdiyi qlobal dünyada İslam həmrəyliyi anlayışı təkcə müsəlman aləmində deyil, eyni zamanda İslam dini ilə digər dinlər arasında həmrəyliyi nəzərdə tutur və olduqca həssas mətləblərdən xəbər verir: “Müasir dövrdə Yaxın və Orta Şərqdə yaşanan neqativ hallara nəzər salsaq, dövlət başçımızın bu qərarının beynəlxalq aləmin diqqətinin mövcud problemlərə yönəltməyə çalışması baxımından çox ciddi addım olduğunu görərik.
Tufan" tipli sərhəd gözətçi gəmisi dənizə endirilib
Avqust ayının 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, artıq S-204 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar avqust ayının 28-də Xəzər dənizinə endirilib.
Millət vəkilindən etiraz: "Utancvericidir"
Təhsil Nazirliyi mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə çox həssas və təcili münasibət göstərməlidir. Bunu millət vəkili Qənirə Paşayeva dərsliklərlə bağlı müəllimlərin açıqlamalarına münasibət bildirərkən deyib.
"Şəhid adını ləkələyəcək hərəkətə yol verməyək!" - Şəhid xanımından şəhid ailələrinə müraciət
Azərbaycanda şəhid adı hər zaman uca tutulub, şəhid ailələrinə hörmət və ehtiramla yanaşılıb. Rəsmi səviyyədə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanun da qəbul edilib, nəticədə şəhid ailələrinə dövlət səviyyəsində qayğı göstərilir.
Oğuz və Qəbələdə meşə yanır
Oğuz və Qəbələdə meşə yanğınları baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Oğuz rayonunun Xaçmaz kəndində və Qəbələ rayonunun Duruca və Tikanlı kəndlərində meşə zolağında yanğınlar baş verib.














