Sosial

Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Ədliyyə Nazirliyinə müraciət etdi

29 Avqust 2017 18:39

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov Bakı Apellyasiya Məhkəməsindən Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasına bəraət alması üçün müraciət edib.

Bu məktəblərdə rus dili intensiv tədris olunacaq - SİYAHI

29 Avqust 2017 18:12

“Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrdə ölkənin 50 ümumi təhsil müəssisəsində rus dili tədris ediləcək. Əmrdə “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsini təmin edilməsi nəzərdə tutulub.

Qırğızıstan gömrük xidməti Azərbaycanın təcrübəsindən yararlanmaq niyyətindədir

29 Avqust 2017 18:00

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Qırğızıstan Dövlət Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib. DGK Mətbuat Xidmətindən verilən məlumata görə, görüşün əsas məqsədi gömrük işində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Azərbaycan tərəfinin təcrübəsini öyrənmək olub. DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev qonaqlara Azərbaycan Gömrük Xidmətinin yaranması, inkişaf mərhələləri, strukturu və Azərbaycanda gömrük işinin təşkili barədə ətraflı məlumat verib.

Bakıda güclü yanğın – VİDEO

29 Avqust 2017 17:46

Bakının Binəqədi rayonunda “Xutor” kimi tanınan ərazidə güclü yanğın başlayıb.

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

29 Avqust 2017 17:29

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. Axtarışa verilən Azərbaycan vətəndaşı Rüfət Hökmalıyev dələduzluqda təqsirləndirilir. 1977-ci il təvəllüdlü R.Hökmalıyev Azərbaycanın məhkəmə orqanı tərəfindən istintaqa cəlb edilsə də, o, istintaqdan yayınıb. 

Hamilə qadınlar qurban ətini necə yeməlidir? – Mütəxəssis xəbərdarlığı

29 Avqust 2017 17:19

Ginekologiya, Qadın Xəstəlikləri və Doğum üzrə türk mütəxəssis Dr. Seval Taşdemir Qurban bayramında ət və şirniyyata olan tələbatın artması ilə bağlı ana olmağa hazırlaşan namizədləri xəbərdar edib.

Göyçayda 70 yaşlı qadın özünü asıb

29 Avqust 2017 17:08

Göyçay rayonunda intihar hadisəsi baş verib. Göyçay şəhəri Ziya Bünyadov küçəsində yaşayan, 1947-ci il təvəllüdlü Bəsti Mustafayeva evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib.

10 hektara yaxın ərazi YANDI

29 Avqust 2017 16:31

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Bum meşəbəyliyinin 2 saylı dolayında, Oğuz MMBM-in Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında yanğın hadisələri baş verib. Yanğın baş vermiş ərazilərə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub. 

“Paris Gallery” mağazasına jurnalistlər üçün info-tur keçirilib

29 Avqust 2017 16:29

Bakıda yeni açılmış “Paris Gallery” mağazasına jurnalistlər üçün info-tur keçirildi. Media nümayəndələri yeni açılmış mağazanın dəbdəbəli və orijinal dizayna malik mərtəbələrində təqdim edilən çoxçeşidli brend məhsullarla əyani tanış oldular. Mağazanın rəhbəri Rasim Hacıyev media nümayəndələrinə məlumat verdi ki, “Paris Gallery” şəhərin mərkəzində və çox rahat bir yerdə yerləşir. Belə ki, keçmiş Araz kinoteatrının yerində, Nizami küçəsi ilə yanaşı olan İslam Səfərli 3 ünvanında yerləşən mağaza 3 mərtəbədən ibarətdir. Tamamilə yenilənmiş və təmir olunmuş bir binada fəaliyyət göstərən mağazaya yeni dizayn verilib: “Dükanın “- 1” mərtəbəsi ofis, birinci mərtəbə isə parfümeriya, kosmetika və dəriyə qulluq məhsulları, həmçinin gözəllik salonu ilə xidmət göstərir. İkinci mərtəbə brend qol saatları, çantalar, aksessuarlar və gün eynəklərinin satıldığı yerdir. 3-cü mərtəbə isə digər mərtəbələrdən tam fərqli və dizaynı ilə seçilən mərtəbədir. Ümumi sahəsi 1500 kvadratmetrdən artıq olan mağaza təqdim etdiyi məhsulların çeşidliliyi və keyfiyyəti, orijinallığı ilə Bakıda fərqli bir statusa malikdir”.

Səhiyyə Nazirliyi: Ağır çantalar məktəblilərin qamətini pozur, daxili orqanlarını zədələyir

29 Avqust 2017 16:27

Səhiyyə Nazirliyi yeni tədris ili ərəfəsində məktəblilərin qida gigiyenası qaydalarını açıqlayıb.  Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl uşağı məktəb rejiminə alışdırmaq lazımdır. Yeni dərs ilinə başlayan hər bir uşağın qidalanması, geyinməsi, günlük yuxu rejimi və gigiyenasına diqqət yetirilməsi əsas rol oynayır: “Bu amillər uşaqların tədrisə həvəsini artırdığı kimi psixologiyası və məktəb fəaliyyətinə də böyük təsir göstərir.

Ali məktəblərin fəaliyyətinin qiymətləndirilməsi üçün yeni akkreditasiya standartları hazırlanıb

29 Avqust 2017 16:25

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ISC standartlarına əsaslanan ali təhsil müəssisələrinin təhsil proqramlarının akkreditasiya qaydaları, eləcə də ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üzrə akkreditasiya standartları hazırlanıb.

Nazirlik vəzifəli şəxsi cərimələdi – 2000 manat

29 Avqust 2017 16:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu Zığ şossesi 1 ünvanında tullantıların qalaqlanması və yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. “Olaylar” bildirir ki, əraziyə keçirilən baxış zamanı bərk mənşəli müxtəlif tərkibli tullantıların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı və qalaqlanaraq yandırıldığı məlum olub. 

Hindistan səfiri Bilik Fondunda

29 Avqust 2017 15:58

Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Sanjay Rana Bilik Fondunun qonağı olub. “Olaylar” bildirir ki, Fondun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanla Hindistan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini xatırladan O.Səmədov siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. İcraçı direktor iki ölkə arasında əməkdaşlığa dair indiyədək imzalanmış rəsmi sənədlərin Bilik Fondunun bu sahədə maarifləndirici fəaliyyətinə təkan verəcəyini vurğulayıb. “Dünya elmi Azərbaycanda” və “Azərbaycan elmi dünyada” layihələri çərçivəsində Fondun təşkilatçılığı ilə xarici ölkələrin alim və mütəxəssislərinin Azərbaycanın elm və təhsil ocaqlarında, eləcə də azərbaycanlı mütəxəssislərin xarici universitetlərdə mühazirələri maraqla qarşılanır.

Yekun say açıqlandı: Bu il 4 min nəfər müəllim oldu

29 Avqust 2017 15:46

Bu il 4 min nəfər müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək müəllim adını qazanıb.  Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, bu ilki müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib.