Hindistan səfiri Bilik Fondunda

Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Sanjay Rana Bilik Fondunun qonağı olub. “Olaylar” bildirir ki, Fondun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanla Hindistan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini xatırladan O.Səmədov siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. İcraçı direktor iki ölkə arasında əməkdaşlığa dair indiyədək imzalanmış rəsmi sənədlərin Bilik Fondunun bu sahədə maarifləndirici fəaliyyətinə təkan verəcəyini vurğulayıb. “Dünya elmi Azərbaycanda” və “Azərbaycan elmi dünyada” layihələri çərçivəsində Fondun təşkilatçılığı ilə xarici ölkələrin alim və mütəxəssislərinin Azərbaycanın elm və təhsil ocaqlarında, eləcə də azərbaycanlı mütəxəssislərin xarici universitetlərdə mühazirələri maraqla qarşılanır.

Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Sanjay Rana Bilik Fondunun qonağı olub. "Olaylar" bildirir ki, Fondun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Azərbaycanla Hindistan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini xatırladan O.Səmədov siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. İcraçı direktor iki ölkə arasında əməkdaşlığa dair indiyədək imzalanmış rəsmi sənədlərin Bilik Fondunun bu sahədə maarifləndirici fəaliyyətinə təkan verəcəyini vurğulayıb. "Dünya elmi Azərbaycanda" və "Azərbaycan elmi dünyada" layihələri çərçivəsində Fondun təşkilatçılığı ilə xarici ölkələrin alim və mütəxəssislərinin Azərbaycanın elm və təhsil ocaqlarında, eləcə də azərbaycanlı mütəxəssislərin xarici universitetlərdə mühazirələri maraqla qarşılanır. Azərbaycan və Hindistan alimlərinin iştirakı ilə elmi biliklərin müxtəlif sahələri üzrə belə mühazirələrin təşkili hər iki ölkə gənclərinin inkişafına mühüm töhfə verə bilər. O.Səmədov səfiri Fondun "Səfir saatı" Klubunda gənc diplomatlarla görüşə dəvət edib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Sanjay Rana xalqlarımız arasında qədim tarixi əlaqələr və ortaq ənənələrə əsaslanan yaxın dostluq münasibətlərinin olduğunu bildirərək Bakı ətrafında yerləşən "Atəşgah" od məbədinin bu tarixi dostluq münasibətlərinə yaxşı bir misal olduğunu diqqətə çatdırıb. Fondun maarifçilik yönündə fəaliyyətini təqdir etdiyini deyən səfirin sözlərinə görə, Azərbaycan elmi, tarixi və mədəniyyətinin Hindistanda təbliği, Hindistanın Azərbaycanda hərtərəfli tanıdılması ölkələr arasında mövcud əməkdaşlığı xalqlar arasında da isti münasibətlərə çevirəcək. Fondun "Səfir saatı" Klubunun dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirən səfir bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu da vurğulayıb.

Səmimi və işgüzar şəraitdə keçən görüşün sonunda qonağa Bilik Fondunun hədiyyələri, kitablar təqdim olunub və xatirə fotoşəkli çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31