Hamilə qadınlar qurban ətini necə yeməlidir? – Mütəxəssis xəbərdarlığı

Ginekologiya, Qadın Xəstəlikləri və Doğum üzrə türk mütəxəssis Dr. Seval Taşdemir Qurban bayramında ət və şirniyyata olan tələbatın artması ilə bağlı ana olmağa hazırlaşan namizədləri xəbərdar edib.

Ginekologiya, Qadın Xəstəlikləri və Doğum üzrə türk mütəxəssis Dr. Seval Taşdemir Qurban bayramında ət və şirniyyata olan tələbatın artması ilə bağlı ana olmağa hazırlaşan namizədləri xəbərdar edib.

Həkim hamilə qadınlara qurban ətini diqqətli olmaq şərti ilə yeməyi tövsiyə edib: "Kəsilməli olan heyvan mütləq baytarlıq müayinəsindən keçməlidir. Qurban əti sağlam şərtlərlə kəsilməli, saxlanılmalı və bişirilməlidir. Qurban ətini analar yeməzdən öncə ən az 24 saat saxlanılmalıdır. Ət çox bişirilməməli və üzərində qəhvə rəngi bir təbəqənin yaranmadığına diqqət etmək lazımdır. Əgər ət çox bişərsə zülal itirməyə səbəb olar. Hamilə qadınlar gün ərzində 100-120 qramdan artıq qurban əti yeməməlidirlər". "Bundan əlavə, bayram boyunca edilən ziyarətlər yemək-içmək nizamlanmasını da pozur", - deyən mütəxəssis əlavə edib ki, çay, qəhvə və qazlı içkilər yerinə təbii və hər hansı bir qatqı maddəsi olmayan itburnu, çobanyastığı kimi bitki çayları seçim etmək məsləhətdir. Əgər bu bitki çayları yoxdursa, su da içə bilərsiniz. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31