Polis 33 kq narkotik müsadirə edib

Bərdədə və Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdborakı kənd sakini Taleh Hüseynovun həyətinə baxış zamanı orada kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə evindən 13 kiloqram 430 qram marixuana aşkarlanıb.

Bərdədə və Cəlilabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdborakı kənd sakini Taleh Hüseynovun həyətinə baxış zamanı orada kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə evindən 13 kiloqram 430 qram marixuana aşkarlanıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Cəlilabad rayonu ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Piriyevdən 19 kiloqram 705 qram tiryək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31