Çin mətbəxi Azərbaycanda tanıdılır
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycanda Çin milli mətbəxinin, Çində isə Azərbaycan milli mətbəxinin tanıdılması istiqamətində genişmiqyaslı fəaliyyətini davam etdirir. “Olaylar” bildirir ki, zəngin Çin mətbəxi ənənələrinin təbliği ilə bağlı görülən işlər bu yay keçirilən iki mötəbər kulinariya tədbirində iştirak sayəsində daha da geniş vüsət alıb. Belə ki, iyulun 15-də Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan qatılmış 500-dən çox iştirakçı sırasında olan ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları Çin milli mətbəxinin maraqlı nümunələrindən olan bambuk yarpaqlarına bükülmüş içliklə 3-cü yerə layiq görülüb.
29 Avqust 2017 12:07 SosialAzərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycanda Çin milli mətbəxinin, Çində isə Azərbaycan milli mətbəxinin tanıdılması istiqamətində genişmiqyaslı fəaliyyətini davam etdirir. "Olaylar" bildirir ki, zəngin Çin mətbəxi ənənələrinin təbliği ilə bağlı görülən işlər bu yay keçirilən iki mötəbər kulinariya tədbirində iştirak sayəsində daha da geniş vüsət alıb. Belə ki, iyulun 15-də Xaçmazda təşkil olunan II Beynəlxalq dolma festivalına 12 xarici ölkədən və Azərbaycanın 50-yə yaxın rayonundan qatılmış 500-dən çox iştirakçı sırasında olan ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları Çin milli mətbəxinin maraqlı nümunələrindən olan bambuk yarpaqlarına bükülmüş içliklə 3-cü yerə layiq görülüb. İndoneziya, Özbəkistan, Cənubi Koreya, Türkiyə, Ukrayna, Meksika və başqa ölkələrdən gəlmiş qonaqların da iştirak etdiyi bu festival çərçivəsində qazanılan uğur Qəbələ şəhərində keçirilən V Beynəlxalq Mürəbbə Festivalında da təkrarlanıb. 22 ölkənin şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustalarının öz məhsullarını nümayiş etdirdiyi bu festivalda Konfutsi İnstitutunun əməkdaşları Çin milli mətbəxinə məxsus limonlu bal, küncüt və araxis mürəbbə çeşidləri ilə 1-ci yerə layiq görülüb və qızıl medal qazanıblar.