Bayram günlərində dəmir yolu gücləndirilmiş iş rejimində işləyəcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi müqəddəs Qurban Bayramı ərəfəsində  gucləndirilmiş iş rejimində çalışacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən ictimaiyyətlə əlaəqlər  şöbəsinin rəhbəri Sevinc Qədirova məlumat verib.Onun sözlərinə görə, hazırda Sərnişin daşımaları departamentininkollektivi  bu istiqamətdə ciddi hazırlıq işləri görür.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi müqəddəs Qurban Bayramı ərəfəsində  gucləndirilmiş iş rejimində çalışacaq. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən ictimaiyyətlə əlaəqlər  şöbəsinin rəhbəri Sevinc Qədirova məlumat verib.Onun sözlərinə görə, hazırda Sərnişin daşımaları departamentininkollektivi  bu istiqamətdə ciddi hazırlıq işləri görür. Qurban bayramı ilə əlaqədar olaraq "Azərbaycan Dəmir Yolları" avqustun 30-dan etibarən  gücləndirilmiş iş rejimində çalışacağını deyən Qədriova bildirib ki, biz artıq sərnişin axınının rahatlığını təmin etmək prosesinə tam hazır vəziyyətdəyik: "Qurbayn bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar olaraq ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. Artıq qoşulacaq vaqonlar hazır vəziyyətdədir. Sərnişin sıxlığına uyğun olaraq müvafiq sayda vaqonlar qataralara qoşulacaq"- deyə, S. Qədirova vurğulayıb.S. Qədirova deyib ki, əsas sıxlıq respublikanın Qərb istiqamətində olduğundan vaqonlar da, bu istiqamətdə hərəkət edən qatarlara qoşulacaq. S. Qədirova əlavə edib ki, "Azərbaycan Dəmir Yolları" QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir. Bundan əlavə olaraq istənilən şəxs onlayn vasitəsi ilə də bilet siferişi edə bilər. S. Qədirova bildirib  ki, sentyabrın 3-də bayram başa çatdıqdan sonra vətəndaşların Bakya qaydışının sıxlığını nəzərə alaraq onların Bakıya rahat dönüşünü təmin etmək üçün vaqonların sayı yenidən artırılacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31