Məktəbli çantalarında nəyə diqqət etməliyik?

Məktəb alış- verişində önəm verilən əsas əşyalardan biri məhz çantadır. Lakin uşaqların sağlamlığı, eləcə də rahatlığı üçün önəmli olan çantaların yanlış seçimi bir çox fəsadlara gətirib çıxara bilər. Belə olan halda, valideynlər məktəbli çantası seçərkən nəyə diqqət etməli və uşaqlar üçün yaranan təhlükənin qarşısını necə almalıdırlar? 

Məktəb alış- verişində önəm verilən əsas əşyalardan biri məhz çantadır. Lakin uşaqların sağlamlığı, eləcə də rahatlığı üçün önəmli olan çantaların yanlış seçimi bir çox fəsadlara gətirib çıxara bilər. Belə olan halda, valideynlər məktəbli çantası seçərkən nəyə diqqət etməli və uşaqlar üçün yaranan təhlükənin qarşısını necə almalıdırlar? 

Mütəxəssisin fikrincə, valideynlər məktəbli çantası seçərkən onun ilk növbədə çantanın hazırlandığı materiala diqqət etməlidir: "İstehlakçılar alınan bütün məhsulların bütün parametrlərinin standarta uyğun olduğunu bilməlidir. Çünki istənilən məhsul uşağın dərisində qıcıq yarada bir sıra fəsadlar yarada bilər. Burada çoxsaylı faktor var ki, həmin məhsulların keyfiyyətli olması mütləq şəkildə yoxlanılmalıdır".

Tibbi ekspertin sözlərinə görə, valideynlər çanta alarkən daha çox Türkiyə istehsalı olan və tanın firmaların məhsullarına üstünlük versələr daha yaxşı olar: "Çin istehsalı olan çantalardan istifadə etmək tövsiyə olunmur. Çünki bu ölkə tərəfindən istehsal olunan çantalarda istifadə olunan plastik və rezin materiallar çox hallarda daha keyfiyyətsiz olur. Valideynlər bu məsələyə xüsusi diqqət etməlidirlər. Keyfiyyətsiz materiallar dəridə qıcıqlandırma, allergik reaksiyalar verməklə yanaşı, o əgər orada radioaktivlik varsa, bu zaman uşaqlarda xəsrçəng şişi və digər təhlükəli xəstəlik yarada bilər".

Ekspert qeyd edib ki, məktəbli çantaları ilə bağlı ən əsas problem onun ağırlığıdır: "Ağır çanta uşaqlarda onurğa əyriliyi xəstəliklərinə səbəb olur. Çünki çanta ağır olduqda uşaqlar özlərini bir tərəfə əyir, hətta partada əyləşəndə belə, düzgün oturuş qaydalarına riayət etmirlər. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asdıqda uşaqlarda fəqərə sütunu əyilir".

Mütəxəssis əlavə edib ki, çanta seçərkən valideynlər onun funksionallığı da önəm verməlidirlər: "Çantalar daha yumşaq materialdan olmalıdır ki, uşağı incitməsin.Ümumilikdə götürdükdə isə valideynlər təkcə məktəb çantaları deyil, aldıqları bütün məktəb ləvazimatlarının keyfiyyətinə diqqət etməlidirlər. Çünki, bütün ləvazimatlarda müəyyən xəstəliklərə yol açan bakteriyalar ola bilir".

Məlumat üçün nəzərinizə çatdıraq ki, məktəbli çantasının çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir. Bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi isə 700 qramı keçməməlidir. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31