Sosial
Kürdə azyaşlı uşaq batıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda 1 azyaşlı Kür çayında batıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunmuşdur. Saat 07:00-da axtarış işlərinə başlanılmışdır. Əlavə məlumat veriləcək.
Qarabağ kanalında banat şəxsin cəsədi çıxarılıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, sentyabrın 5-də Yuxarı Qarabağ Kanalının Yevlax rayonunun Aran qəsəbəsindən keçən hissəsində batdığı bildirilən 2004-cü il təvəllüdlü Xəlilli Elşən Məhəbbət oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, E.Xəlillinin cəsədi Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:35-də başa çatmışdır.
Deputat koreyalı həmkarlarıma Qarabağdan danışıb
Milli Məclisin Koreya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub. MM-dən “Olaylar”a verilən məlumata görə, qonaqları salamlayan qrupun rəhbəri, deputat Malik Həsənov xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən söhbət açdı, Koreya ilə münasibətlərin gündən-günə inkişaf etdiyini vurğuladı.
Ramin Quluzadə Tovuzda qəbul keçirəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 08.09.2017-ci il tarixdə saat 1230-da Tovuz şəhərində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
İbrahim Mehdiyevin “komandası” Yasamalı sökməkdə davam edir
Demək olar ki, hər həftə Bakıda sakinlərin qanunsuz tikintilərə, ağacların kəsilməsinə, yaşıllıqların məhv edilməsinə qarşı etirazı eşidilir. Xüsusən, Yasamal rayonunda yaşıllıqların məhv edilməsinə dair məlumatlar daha çox yayılır. Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyevin ölkə prezidenti tərəfindən vəzifəsindən uzaqlaşdırılması da bu rayonda qanunsuzluqları səngitməyib.
Tanrı məni xoşbəxt ulduz altında yaradıb...
“Aprel döyüşlərinin ab – havası, qələbəsi mənə bu kitabı yaratmağa, yazmağa güc verdi. Məndən başqa yazanlar oldu. Amma onlar bu yolu sona qədər gedə bilmədilər. Bilirsiniz, necə ağırdı şəhid anaları, ailələri ilə görüşmək, dərdləşmək. Onlarla həmsöhbət olmaq. Elə analar var ki, heç dərdini danışa bilmir. Sadəcə onun üzünə baxıb,yaşadıqlarını, ürəyindən keçənləri təsvir etməlisən.
Kriminal meylli insanlar hərəkətlərini tənzimləyə bilmir
Ölkənin hüquq-mühafizə orqanlarının gərgin əməyi, həyata keçirilən operativ əməliyyat tədbirlərinə rəğmən cinayətkarlıq hallarının da artım tendensiyası müşahidə edilir. Bəzən yüngül, bəzən isə həddən ağır cinayət hallarının baş verməsinə günümüzdə təəssüflər olsun ki, tez-tez rast gəlinir.
Çoxuşaqlı ailələrə hansı güzəşt və imtiyazlar verilə bilər?
Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi bu və ya digər normativ hüquqi aktlarda nəzərdə tutulsa da ailə institutu üzrə aparılan araşdırmalar, təhlillər və eyni zamanda beynəlxalq praktika bu kateqoriyadan olan ailələrin hərtərəfli dəstəklənməsi üçün yetərli olmadığını göstərir.
Ətir bazarını keyfiyyətsiz məhsullar bürüyüb
Azırbaycanın ətir bazarını keyfiyyətsiz məhsullar bürüyüb. Demək olar ki, ətir bazarının bugünkü durumu çoxlarını çaşbaş salıb. İnsanlar ətirə çəkinmədən pul xərcləsələr də, əksər hallarda aldadılırlar. Çünki indi satışda istənilən məşhur brendin məhsullarına rast gəlmək olar, amma onlar orijinal deyil, saxtadırlar. Məlumata görə, "Sabina" parfumeriya mağazası da vaxtı keçmiş malı endirim kampaniyası adı ilə satır.
"Oğul axtarıram ki, gəlib ağzımı tiksin" - Elza Seyidcahan - FOTO
Kriminal sxem üzrə işləyən MTK-lar
Qanun yaradıcılıq prinsiplərindən mühümü qanunun çevik olması, dinamik, sürətli, proseslərə adevkat cavab verməsidir. Əks halda, qanun olmayan yerdə qanunsuzluqlarin olması labuddür.
Uşaq bağçasında faciə-tərbiyyəçi qəflətən ölüb
Bakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti birdən-birə kəskinləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, 59 yaşlı tərbiyəçi ürək tutmasından vəfat edib. Araşdırma aparılır.
Kanadanın Ontario əyalətinin rəsmisi Reza Moridi Odlar Yurdu Universitetinin qonağı olub
Kanadanın Ontario əyalətində tədqiqatlar, innovasiya və elm naziri, Kanada Qanunvericilər Məclisinin nümayəndəsi Reza Moridi, Kanadanın Vaterlo Universitetinin riyaziyyat fakültəsinin direktoru İlham Axundov, Araşdırmalar və İnnovasiyalar Nazirliyinin aparat rəhbəri və bununla yanaşı digər nümayəndə heyəti Odlar Yurdu Universitetinin qonağı olub. İlk olaraq qonaqları salamlayan universitetin rektoru, professor Əhməd Vəliyev Kanada ilə Azərbaycan Respublikası arasındakı diplomatik əlaqələrdən danışıb, Azərbaycanın həm iqtisadi, həm siyasi, həm də mədəni müstəvidə çox uğurla inkişaf etdiyini və öz siyasi gücünü məharətlə ortaya qoya bildiyini diqqətə çatdırıb.
Yağış yağacaq, şimşək çaxacaq
Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən, yağmursuz keçəcəyi gözlənilir.












.jpg)

