Sosial
Millət vəkili Lütfi Zadə ilə bağlı xatirələrindən yazdı
“Professor Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) haqqında ilk dəfə 9-cu sinifdə oxuyarkən (1991) İnformatika Dərsliyi kitabında oxumuşdum. O zaman dünyaca məşhul olan bir alimin azərbaycanlı olması hamımızda böyük maraq oyatmışdı. Uşaqların əksəriyyətində və xüsusən də məndə İKT-yə maraq da elə bu dövrdən və məhz onun sayəsində yaranmışdı”.
Binəqədi rayonunda “növbəti məlumat saatı keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətində “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda “Məlumat saatı” keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a verilən məlumata görə, məlumat saatında məruzə ilə çıxış etmək üçün AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanova söz verilib.
ANS-in keçmiş aparıcısı restoranda çıxılmaz vəziyyətdə qaldı – Hesabı ödəyə bilmədi, əvəzində qab yudu
Ulvira Qarayeva çay evində qab yuyaraq hesab ödəyib. Sosial mediadakı hesabında Ulvira Qarayeva bu haqda paylaşım edib. Qab yuduğu yerdən fotosunu paylaşan aparıcı bunları yazıb: “Şahmar hesabı ödəməyib, qaçanda, çay evində qab yuyaraq hesab ödəyirik”.
Xudu Məmmədov küçəsi iflic olub- FOTOLAR
Xətai rayonunun Xudu Məmmədov küçəsi ilə hərəkət edərkən qarşımıza bir hasar çıxdı. 2011-ci ilin avqust ayından bu ərazinin bir hissəsi dörd bir tərəfdən hasara alınıb. Küçənin sağ və sol tərəflərindəki hündür binalara gediş-gəliş çətinləşib. Gecələr darısqal yoldan keçmək həm təhlükəli, həm də qorxuludur. Zülmət qaranlıqdan istifadə edən bəzi yaramaz insanlar obyektlərə, dükanlara basqın edir, oğurluq və zorakılıq hallarına yol verilir.
İdeal evlilik yaşı neçədir? - Bakı sakinləri cavab verir
Evlilik insan həyatının ən çətin, məsuliyyətli qərar vermə anlarından biridir. Bu qərarın verilməsində aparıcı rol oynayan amillərdən biri də qərar verən şəxsin yaşıdır. Dünyanın əksər ölkələrində evlilik yaşı anlayışı 18 kimi qəbul edilir. Yəni bu yaşda olan istənilən şəxs evlənmək barədə müvafiq dövlət qurumlarına müraciət edə bilər. Amma bu, hələ o demək deyil ki, 18 yaşlı gənc evlilik kimi məsuliyyəti yükün altına girə bilər. Bəs Bakı sakinləri kişiləri evliliyə hansı yaşda hazır görür? Kişilərin ailə qurması üçün ideal yaş neçədir?
Kərə yağı iki dəfə bahalaşdı - Səbəb
Ötən ilin iyun, iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərə yağının dünya bazarında qiymətləri 100%, yəni 2 qat artıb. Bu barədə məlumatı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov yazıb. O bildirib ki, dünya bazarı dedikdə Yeni Zellandiya-Avstraliya (əsas istehlakçı Yeni Zellandiyadır), Avropa və Amerika qiymətləri nəzərdə tutulur: “Qiymətə təsir edən bu 3 bazardan Yeni Zellandiya-Avstraliyanın təsiri daha çoxdur.
Azercell-dən növbəti uğur
Azercell Telekom MMC növbəti dəfə keyfiyyətin idarəolunması standartı üzrə İSO 10002:2014 sertifikatını alıb. Bu sertifikat keyfiyyətli idarəetmə sisteminin Azercell-in öz fəaliyyətində tətbiqi, abunəçilərlə aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb. Bu beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.
Yevlax sakininin həyətində 19 ədəd çətənə kolu aşkar edilib
Yevlax rayon sakininin evindən marixuana, habelə həyətyanı sahəsindən çətənə kolları götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə,Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Havarlı kənd sakini, əvvəllər məhkum olunmuş Cəlal Qəhrəmanovun evinə baxış zamanı 265,58 qram marixuana, habelə həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Əhalinin banklardakı əmanətlərinin həcmi açıqlandı
Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri 29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2,836.5 milyon manatdır.
Şeyx Qaragenlə nədən danışacaq?
Sentyabrın 7-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfərə yola düşüb. Bu barədə “Olaylar”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, şeyxülislam A.Paşazadə səfər çərçivəsində Erməni Qriqoryan Kilsəsinin rəhbəri ll Qareginlə görüşəcək. Görüş sentyabrın 8-də Moskva şəhərində baş tutacaq. Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir.
Bakıda ərəblərdən daha bir təəccüblü hərəkət – VİDEO
Qəhrəmanlıq tarixini yazanların xatirəsi uca tutulur
Azərbaycanın müasir müstəqillik tarixinin ən əlamətdar hadisələrindən biri də 2016-cı ilin aprel ayında cəbhə xəttində yaşanan olaylar oldu. Həmin günlərdə ermənilərin daha bir təxribatının qarşısını alan Azərbaycan Silahlı Qüvvələri yüksək peşəkarlıq və döyüş nümaunəsi göstərərək düşmənə sarsıdıcı zərbələr endirdi, onu acı məğlubiyyətlə üzləşdirdi. Düzdür, aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri itkilər versə də, lakin bu itkilər uzun illər erməni işğalı altında qalan bir sıra strateji əhəmiyyətli yüksəkliklərin, ərazilərimizin müəyyən hissəsinin işğaldan azad olunması ilə nəticələndi. Azərbaycan Ordusu aprel qələbəsi ilə dövlətimizin, Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu həm işğalçı Ermənistana, həm də beynəlxalq aləmə əyani şəkildə nümayiş etdirdi.
Ölkədə yaranmış yeni şəraitdə biznes mühiti daha da genişləndirilir
«Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına, sahibkarların yeni ideyalarını həyata keçirmələrinə əlverişli iqtisadi mühit formalaşdırır». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri millət vəkili Rauf Əliyev səsləndiriib. O, bildirib ki, ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması xüsusi aktuallıq kəsb edir.
Paytaxtdakı 212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 212 ümumi təhsil məktəbində 2017-2018-ci tədris ilində 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur. BŞTİ-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan bölməsi üzrə 212 məktəbdə 432 sinifdə 10 077, rus bölməsi üzrə 46 məktəbdə 67 sinifdə 1378 şagirdin təhsil alması planlaşdırılır. Təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət, texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar istiqamətləri üzrə fəaliyyət göstərəcək.
Kürdə azyaşlı uşaq batıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda 1 azyaşlı Kür çayında batıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunmuşdur. Saat 07:00-da axtarış işlərinə başlanılmışdır. Əlavə məlumat veriləcək.

.jpg)

.jpg)










