Sosial
Qədim su terapiyalarının möcüzəvi faydaları
Belə bir formul mövcuddur - insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml su içilməlidir. Digər formula görə - 1500 ml + insan çəkisinin hər 1 kq-na 20 ml su (bədən çəkisi 20 kq-dan artıq olduqda). Orta hesabla 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 l və daha artıq su qəbul etməlidir. Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq düz 3 l su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq - suplar, şirələr, meyvə və tərəvəzlərdə olan su və s.
ETSN: Ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıqdır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin bu gün səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
Vəhşi quş saxlayan restoran sahibi cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Nərimanov rayon sakini Rahib Yusifli tərəfindən Göygöl rayonunda yerləşən “Ağrıdağ” istirahət mərkəzində vəhşi quşun qanunsuz saxlanılması ilə bağlı şikayət daxil olub.
Avropa Şurasının Bakı ofisinə yeni rəhbər təyin olunub
Avropa Şurasının Bakı ofisinin yeni rəhbəri təyin olunub. Bu barədə Avropa Şurasının mətbuat ofisindən məlumat verilib. AŞ-nın baş katibi Tyornbörn Yaqland bu vəzifəyə Zoltan Hernyesi təyin edib. Yeni səfir vəzifəsinin icrasında sentyabrda başlayacaq. “Zoltan Hernyes Macarıstandan olan, geniş təcrübəyə malik diplomatıdır”, - deyə AŞ-dən bildirilib.
Bakıda ağır yol qəzası: 2 ölü, 3 yaralı
Bakıda ağır yol qəzası baş verib. Hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Yolda hərəkətdə olan "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldığı bildirilir. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətin bərpasına və tıxacın aradan qaldırılmasına çalışır.
Azərbaycanda radiasiyalı ərazilərin SİYAHISI
Azərbaycanda ciddi radiasiya təhlükəsi yoxdur. Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktor müavini Rəvan Mehdiyeva deyib.
Zaqatala və Balakəndə müəllimlərə bəzək əşyalarından istifadə etməmək tövsiyə olunub
Balakən və Zaqatala rayon Təhsil şöbələri bu rayonlarda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil şöbələrindən daxil olan açıqlamada bildirilib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində Zaqatala və Balakən rayonlarındakı ümumtəhsil məktəblərində müəllimlərə vahid geyim forması tələbi qoyulması barədə məlumat yer alıb. Məlumatda qeyd olunub ki, tələbə əməl etməyənlər dərsə buraxılmayacaq.
Gəmiçiliyin mühəndis-geoloji gəmisi təmirə dayanıb
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ixtisaslaşdırlmış donanmasına məxsus “Məmməd Süleymanov” mühəndis-geoloji gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmirə dayanıb. “OLAYLAR”-ın xəbərinə görə, gəminin avar və sükan qurğuları keyfiyyətlə təmir edilir, sualtı və suüstü hissələrinin, lövbər və lövbər zəncirinin rənglənməsi həyata keçirilir. Gəminin gövdə hissəsinin qüsurlu yerləri də təmir olunur. Eyni zamanda üzən vasitənin göyərtəsində dəmir lövhələr dəyişdirilir. Uzunluğu 45.635, eni 9.310 metr olan gəminin maksimal sürəti 11.4 uzel, dedveyti isə 171 tondur.
Qəbələdəki meşə yanğınları ilə bağlı əməliyyat müşavirəsi keçirilib
Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar sentyabrın 6-da axşam saatlarında rayonun Dandıx kəndinin ərazisində yaradılmış qərargahda növbəti əməliyyat müşavirəsi keçirilmişdir. Qərargahın rəhbəri, fövqəaladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə keçirilən müşavirədə nazirliyin, Qəbələ rayon icra hakimiyyətinin rəhbər şəxsləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.
Keçən ay 10184 metr qazma işi həyata keçirilib
2017-ci ilin avqust ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10184 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10130 metri istismara, qalanı isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 93646 metr qazma işi görülüb ki, bunun da 87208 metri istismara, 6438 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin avqust ayında qazmadan alınmış 6, il ərzində isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Azərbaycan gənci ədalətli sülhün tərəfdarıdır
Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayon Gənclər və İdman İdarəsi və Aktiv Gənclər Klubunun birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “İslam həmrəyliyi və gənclərin sülhsevərlik missiyası” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı S.Hacıyev bildirib ki, sülh dünyada sabitliyin, əmin-amanlığın qarantıdır. Sabitlik və əmin-amanlıq da öz növbəsində hər bir cəmiyyətin mövcudluğunun və rifahının təminatıdır. Azərbaycan gəncinin ədalətli sülhün tərəfdarı olduğunu bildirən S.Hacıyev qeyd edib ki, Vətənimizə qarşı olan məkrli niyyətlərə layiqli cavabı vermək bizim vətəndaşlıq borcumuzdur.
Niderlandın mərkəzi kitabxanasında Azərbaycan guşəsi açılacaq
Niderlandın Bildts mərkəzi kitabxanasında Azərbaycan Mədəniyyəti günü keçirilib. “Niderland-Azərbaycan Evi” təşkilatının sədri Elxan Mirhəşimli tərəfindən keçirilən tədbirdə Azərbaycan mətbəxi, brend məhsulları təqdim olunub və ölkəmizin turizm potensialından danışılıb. Tədbirə Niderland KİV nümayəndələri və bələdiyyə üzvləri də qatılıb.
Azərbaycanda görünməmiş hadisə – Pulsuza qəbul oldu, “YERLƏR DOLUB” dedilər
Azərbaycanda kuryoz hadisə baş verib. Turkustan.info xəbər verir ki, Məmmədov Elçin Rizvan oğlu adlı abituriyent bu il Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Yol və nəqliyyat tikintisi ixtisasına dövlət sifarişli əsaslarla qəbul olsa da, qeydiyyatdan keçdikdən bir neçə gün sonra ona ödənişsiz yerlərin dolduğu, onun yalnız eyni ixtisasın ödənişlisinə keçirə biləcəkləri bildirilib. Elçin Məmmədov Dövlət İmtahan Mərkəzinə müraciət etdikdə isə ona bildiriblər ki, məsələni ancaq universitetlə həll edə bilər”.
Azərbaycanda siyasi plüralizm ənənələri formalaşıb
Günümüzdə müstəqil Azərbaycan Respublikası demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətin bütün norma və prinsiplərinə ən yüksək səviyyədə əməl edir, onların daha da inkişaf etdirilməsi istiqamətində sistemli, davamlı addımlar atır. Demokratik cəmiyyətin vacib elementlərindən birinin siyasi plüralizm olduğunu nəzər alsaq, əminliklə deyə bilərik ki, ölkəmizdə bu prinsipə də ən yüksək səviyyədə riayət olunur, siyasi azadlıqlar təmin edilir, qorunur. Elə Qlobal Araşdırmalar Liqasının rəhbəri Azər Verdiyev də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Verdiyev ölkədə siyasi plüralizmin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, atılan addımlardan danışıb.
Ombudsmanın nümayəndələri Mehman Əliyevlə görüşüblər
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox şəxslər fərdi qəbul edilib.














