Sosial

İzzətin mühafizəçisinin döydüyü şəxsin vəziyyəti ölümcüldür

8 Sentyabr 2017 12:30

Biz İzzətin həbs olunmasını istəmirik. Bir tək istəyimiz var, yoldaşım sağalsın. Bu sözləri  açıqlamasında müğənni İzzət Bağırovun işçilərinin döydüyü Aslanov Novruzovun həyat yoldaşı deyib. O bildirib ki, A.Novruzovun vəziyyəti ağır olaraq qalır: "Bizə dünən gəlib dedilər ki, istintaq getdiyinə görə, mətbuata açıqlama verməyin. Şəkillərdən görürsünüz ki, yoldaşımın vəziyyəti ağırdır. Hadisə baş verən gündən xəstəxanadayam. İzzət Bağırovun özü də gəlmişdi. Kömək təklif etdi, biz heç nə qəbul etmədik. Onlardan heç nə tələb eləmirik. Bir tək tələbimiz odur ki, yoldaşım sağalsın. Şikayət də etmirik. Allah özü bilən məsləhətdi. Allah özü onların cəzalarını versin. Son olaraq deyə bilərəm ki, yoldaşımın vəziyyəti elə ağır olaraq qalır". 

Günahkar restorandır, yoxsa toy sahibi?

8 Sentyabr 2017 12:28

Ötən gün Tovuzda şadlıq sarayında baş verən kütləvi zəhərlənmə hadisəsinə restoran rəhbərliyi münasibət bildirib. Rəhbərlikdən  bildirilib ki, zəhərlənmə hadisəsinin onlarla əlaqəsi yoxdur: "Bizdə restoranlar kirayəyə verilir. Yəni toy sahibi ərzaqları özü gətirir. Toy ötən gün günorta olub. Axşam saatlarında toyda iştirak edənlərin vəziyyəti pisləşib. Onlar dil və bağırsaq yeyiblər. İlkin olaraq güman edilir ki, zəhərlənmə bundan baş verə bilər".

“Hindistan etnoqrafiyası” təqdim edildi

8 Sentyabr 2017 12:23

AMEA Mərkəzi Elmi kitabxanasına yenicə daxil olan Bəhmən Əliyev Ayvazalının iki cilddə tərtib olunmuş “Hindistan etnoqrafiyası” dərsliyi  “Elm və təhsil” nəşriyyatında çap edilib. “Olaylar” bildirir ki, birinci cilddə Hindistanın “maddi mədəniyyəti” və ikinci cilddə “mənəvi nədəniyyəti” araşdırılıb. Dərsliyin elmi redaktoru AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Teymur Bünyadovdur.

Pozitiv düşünməyi alışqanlıq halına necə gətirmək olar?

8 Sentyabr 2017 12:19

 Hər günün bir öncəkindən xoşbəxt keçməsini istəyirsən? Kim istəməz ki! Sən də daha xoşbəxt və hər gününü dolu-dolu yaşamaq istəyirsənsə müsbət düşünməyi bir vərdiş halına gətirməlisən. Xoşbəxt bir həyat yalnız müsbət düşüncə quruluşuyla əlaqədardır və inanıram ki, hər kəs ruhən, romantik mənada və zehni mənada özünü müsbət düşünməyə öyrədə, öz daxili gücünü artırıb daha xoşbəxt yaşamanın yollarını öyrənə bilər.

Xınalığa dolu düşdü

8 Sentyabr 2017 12:15

Sentyabrın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, düşən yağıntının miqdarı Böyük Qafqazda 3-50, Qazax-Gəncə zonasında 2-10, Kiçik-Qafqazda 9, Mərkəzi-Aran rayonlarında 1-8, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 0.5-1 mm olub.

Sabahdan havalar istiləşəcək

8 Sentyabr 2017 12:13

Hazırda respublika ərazisində müşahidə edilən küləkli hava şəraiti axşam saatlarında nisbətən mülayimləşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, artıq günorta saatlarında küləyin sürəti azalacaq.

Nazirlik: Tovuzda zəhərlənməyə səbəb ev şəraitində hazırlanan yeməklər və salatlar olub

8 Sentyabr 2017 12:10

Səhiyyə Nazirliyi Tovuzda baş verən kütləvi zəhərlənməyə aydınlıq gətirib. Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovdeyib ki, hadisə ilə bağlı onlara məlumat verilib, fakt araşdırılır.

Son illərin ən güclü geomaqnit qasırğası başladı

8 Sentyabr 2017 11:37

Əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiymətinin enməsinə və qasırğanın getidkcə zəifləməsinə baxmayaraq, hazırda müşahidə edilən qasırğa yenə də güclü sayılır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

MEK - də kitab təqdimatı

8 Sentyabr 2017 10:44

 AMEA-nın Mərkəzi Elmi Kitabxanasına “Xüsusi təyinatlı bina və qurğuların inşasının texnologiyası və təşkili” dərsliyi təqdim olunub. "Olaylar" bildirir ki, “Azərbaycan” nəşriyyatında çapdan çıxan kitabın müəllifi professor Muğan Salahovdur. 13 fəsildən ibarət olan nəşrdə tikinti sənayesinin müasir texnologiyası və təşkili məsələləri ətraflı şərh olunur, respublikamızda və xarici ölkələrdə mürəkkəb mühəndis qurğularının, yüksək gərginlikli elektrik xətləri üçün qurulan dirəklərin, radio və televiziya qüllələrinin, bayraq dirəklərinin, eləcə də böyük aşırımlı monolit dəmir beton binaların inşa edilməsi üsulları araşdırılır.

Maskalı şəxslər Roza Zərgərlinin evində

8 Sentyabr 2017 10:25

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqlarından biri müğənni Roza Zərgərli olub. Müğənni evinə oğruların girməsi haqqında ilk dəfə olaraq “Səhər-Səhər” verilişində danışıb: “Burada bir sirr açacam. 2 il bundan əvvəl mənim evimə oğrular girdilər. 5 maskalı kişi xeylağı. Xaçmazdan evə gəlirdim. Evdə yalnız Lara (iti) məni gözləyirdi. Qapını bağladım, yeməyimi yedim, Laranı yedizdirdim. Dedim gəl ana-bala gedək yatmağa. Bunun yatağını ayaq altıma qoydum. Kinoya baxırdım. Lara durub küçə qapısının yanına getdi. Orada hürməyə başladı. Gecə saat 3 idi.

İTV- də böyük dəyişiklik

8 Sentyabr 2017 10:25

İctimai Televiziyada rəhbərlikdə təmsil olunan 5 şəxs bu gün işdən çıxarılıb.  Bunlar İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament rəhbərinin müavinidir. Məlumata görə, sabah İctimai Televiziya və Radio Yayımları Şurasının iclasından sonra mediaya bu haqda açıqlama veriləcək.

Saç boyasını dəridən necə təmizləyək? – 3 ÜSUL

7 Sentyabr 2017 19:14

Əksər xanımlar saçlarını evdə özləri boyayır. Amma bu zaman dəridə boya ləkəsi qalır. Bəs bu ləkəni asanlıqla necə təmizləmək olar? Ailem.az bununla bağlı faydalı məsləhətlər verir.