Sosial
İctimai reydlər və maarifləndirmə tədbirləri keçirilib
«Ailə və Ətraf Mühit» İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” adlı layihəsi çərçivəsində növbəti ictimai reydlər və maarifləndirici tədbirlər keçirib. İctimai Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, müvafiq təcrübəyə malik olan şəxslərdən formalaşdırılmış işçi qrup, tərəfdaş qurumların əməkdaşlarından ibarət ekspertlər və təşkilatın fəaliyyətinə kömək edən könüllülər tərəfindən Bakı şəhərinin mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə məlumatlandırıcı broşurlar və bukletlər paylanılıb, fərdi avtomobil və taksi sürücüləri və digər yol hərəkəti iştirakçılarına yol hərəkəti təhlükəsizliyi və ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar çatdırılıb, onlara yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub. Layihə çərçivəsində işçi qrup və könüllülər Bakı şəhəri Nəsimi və Səbayel rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, auditoriyalarda şagirdlərlə geniş söhbət aparıblar.
Dəmir yolunda qış mövsümünə hazırlıq işləri sürətləndirilir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planınına əsasən işlər həyata keçirilir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirlər planına əsasən, Sərnişin daşımaları Departamentinin kollektivi, qış mövsümündə sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək məqsədilə bütün qüvvələri səfərbər edib.
Aydın Əliyev Quzanlıda qəbul keçirib
Sentyabrın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Olaylar” xəbər verir ki, qəbulda bölgədə yerləşən - Ağdam, Goranboy, Bərdə və Tərtər rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib. .
Facebook-da problem yarandı - YENİLƏNİB
Facebook sosial şəbəkəsinə girişdə problem yaranıb. Sentyabrın 29-da saat təxminən 14:30-dan etibarən Facebook sosial şəbəkəsinə girişdə problem yaranıb. Az sonra isə, ümumiyyətlə, bu şəbəkədən nə kompüter, nə də smartfonlarda istifadə etmək mümkün olmayıb.
Müasir dövrümüzdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər
Qadınlar da gənclər kimi hər zaman ölkənin həyatında mühüm rol oynayaraq onun inkişafına, tərəqqisinə müəyyən mənada öz töhfələrini veriblər. Ümumiyyətlə, tarixin bütün dövrlərində qadınlar cəmiyyətin aparıcı qüvvəsi rolunu oynayıblar.
Ölkədə cəza siyasəti humanisləşdirilir
Ölkəmizdə insan hüquq və azadlıqlarına daim diqqət yetirilməsi, humanizm prinsiplərinin əsas götürülməsi bu sahədə mövcud olan bəzi qanunvericlik aktlarına əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirir. Xüsusilə, cəza növünün yüngüllləşdirilməsini bu sıraya aid etmək olar. Belə ki, Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.
Hamam xalatında erotik poza ilə erməni qızına cavab verdi - FOTO
Şahin Mustafayev rusiyalı həmkarı ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Stavropolda keçirilən VIII regionlararası iqtisadi forum çərçivəsində rusiyalı həmkarı Maksim Oreşkinlə görüşüb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər müzakirə edilib.
Komitə sədri Aİ-nin nümayəndələri ilə görüşüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb. Komitədən “Olaylar”a verilən məlumata görə, Hicran Hüseynova Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Azərbaycan tərəfinin bütün zəruri addımları atmağa hazır olduğunu qeyd edib. Görüş zamanı Avropa İttifaqı ilə Dövlət Komitəsinin əməkdaşlığı çərçivəsində bir sıra mühüm layihələrin (Tvinning, TAİEX) uğurla həyata keçirilməsi müzakirə edilib.
Deputat: Cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzası tətbiq edilsin
Cinayət Məcəlləsinə cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzasının daxil edilməsi təklif olunub. “Olaylar” xəbər verir ki, sözügedən təklif deputat Qüdrət Həsənquliyev tərəfindən irəli sürülüb.
Prezident həbs qətiimkan tədbirləri ilə bağlı vəziyyəti qeyri-normal hesab edir
“Hər bir qanunvericiliyin təkmilləşdiriməsi lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin bu il fevralın 10-da verdiyi sərəncam çox böyük əhəmiyyət kəsb edir. Bu illər ərzində Cinayət Məcəlləsində xeyli dəyişikliklər aparılıb.
Aida İmanquliyevanın yaradıcılığına həsr olunmuş seminar
Tarixi Muzeyi ilə Bilik Fondunun birgə təşkilatçılığı ilə muzeydə növbəti tədbir təşkil olunub. “Şərqşünas Aida xanım İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” mövzusundakı seminarda BDU Şərqşünaslıq fakültəsinin, Maliyyə-İqtisad Kollecinin və müxtəlif universitetlərin tələbələri iştirak edib.
Deputat: Narkotik maddədən istifadə Cinayət Məcəlləsindən çıxarılmalıdır
“Bu gün Azərbaycan həbsxanalarında cəza çəkən məhbusların 30 faizi narkotik maddələrdən istifadəyə görə həbs olunan şəxslərdir. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Çingiz Qənizadə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunub
Dünya şöhrətli alim Lütfi Zadə dəfn olunub. Məlumata görə, o, I Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, AMEA prezidenti Akif Əlizadə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, MSK sədri Məzahir Pənahov və digər şəxslər iştirak ediblər.
Nazir: "İlin sonunadək Bakının bütün parkları pulsuz "wi-fi" ilə təmin olunacaq"
"Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var". Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, insanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz "wi-fi" ilə təmin edilir.














