Sosial
Bakı sakini mənzilində huşsuz vəziyətdə tapılıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənzilin qapısını açaraq halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Nazir: "Yaxında vətəndaşlara veriləcək yeni nəsil şəxsiyyət vəsiqəsi "e-imza" ilə təmin olunacaq"
"Bu gün Azərbaycanda istənilən sahədə İKT uğurla tətbiq olunur. Hazırda ölkəmizdə elektron təhsil, elektron vergi, elektron səhiyyə, elektron kənd təsərrüfatı, elektron gömrük, elektron ticarət və digər istiqamətlər üzrə səmərəli layihələrin icrası davam etdirilir. Bütün bu xidmətlər "Elektron hökumət" modelində əks olunur". Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib.
Səhiyyə naziri Tərtərdə
Sentyabrın 29 –u, saat 13:00-da Səhiyyə naziri Oqtay Şirəliyev Tərtər Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Olaylar bildirir ki, nazir Tərtər, Bərdə, Ağdam və Ağcəbədi rayon sakinlərini qəbul edəcək. Qəbul zamanı səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran suallar cavablandıracaq. Həmçinin, qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Bakı-Sumqayıt qatarı adam vurdu
Sentyabrın 28-də saat 9 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Bakı-Sumqayıt elektrik qatarı ilə Bakı şəhər sakini Məhərrəm Abbasov vurulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hadisə nəticəsində M.Abbasov hadisə yerində ölüb.Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Dövlət və hökumət rəsmiləri Lütfi Zadə ilə vida mərasimində - FOTOSESSİYA
Sosial iş üzrə seminar keçirilib
Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə sosial işçilər və tələbələr üçün seminar təşkil olunub. Olaylar bildirir ki, seminarda Birliyin sədri, Vaşinqton Universitetinin Sosial iş üzrə doktorantı Aytəkin Hüseynli iştirakçılara sosial işin yerli və beynəlxalq səviyyədə əhəmiyyəti, sosial işçilər harada çalışa bilər və s. kimi mövzular haqqında məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Azərbaycanda inanılmaz müalicə üsulu: "Ay dədə, öldüm" - VİDEO
Azərbaycanda xəstə kişini qeyri-ənənəvi yolla müalicə ediblər. Sosial şəbəkədə yayılan videoda bir kişinin türkəçarə yolu ilə xəstəliyinə əlac tapmağa cəhd göstərilib. Qədim dövrlərdə, tibbin inkişaf etmədiyi vaxtlarda istifadə olunan üsulla xəstəliyi olan kişinin onurğasındakı fəqərənin diskini müalicə edirlər. Videodan göründüyü kimi xəstəni bir neçə nəfər çətinliklə saxlayır. Tibbi savadı olmadığı güman edilən bir şəxs isə onu müalicə edir.
Lütfi Zadə İlə vida mərasimi başlayıb
Böyük alim Lütfi Zadə İlə vida mərasimi başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Mərasimə dövlət və hökumət nümayəndələri, elm adamları, ictimaiyyətin təmsilçiləri qatılıb. Tədbir davam edir.
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların babası tapıldı
Valideynləri İŞİD-ə qoşulan azərbaycanlı uşaqlar Abdulla və Xədicənin Azərbaycana gətirilməsi üçün danışıqlar davam etdirilir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.O qeyd edib ki, Azərbaycanın İraqdakı diplomatik korpusu məsələni gündəmdə saxlayır: “Uşaqların Azərbaycanda babası və digər qohumları müəyyənləşib.
Yağış yağacaq
Sabah, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Oktyabrda hava necə olacaq?
Azərbaycanda oktyabr ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Həbsdə olan blogerin işi Bakı Apelyasiya Məhkəməsinə qaytarıldı
Həbsdə olan bloger Mehman Hüseynovun Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasasiya şikayətinə baxılıb. Bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kassasiya şikayəti qismən təmin edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işi yenidən geri qaytarılıb.
Dövlət sirrinin qeyri-qanuni yayılmasının təhqiqatı proseduru müəyyənləşdi
Dövlət Təhlükəsizlik Xidməti "Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası"nı təsdiqləyib. Qaydaya əsasən, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan və bununla yayılmış məlumat məxfiləşdirilərkən, istinad edilmiş siyahını təsdiq edən dövlət hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
Ekspert: “Hesabatdan sonra investorların ölkə iqtisadiyyatına diqqəti artacaq"
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması onu göstərir ki, Azərbaycan regionun ən rəqabətli iqtisadiyyatına sahibdir. Bu fikri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib.
Cəzaların humanistləşdirilməsi təmin edilir
Milli Məclisdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunur. “Olaylar” xəbər verir ki, tədbirdə Milli Məclis Aparatının, Prezident Administrasityasının, Ali Məhkəmənin və digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.





.jpg)








