Sosial

Nəsimi rayonunda ahıl vətəndaşlar qayğı ilə əhatə olunublar

29 Sentyabr 2017 17:25

Beynəlxalq Ahıllar günü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilmişdir. Rayon İcra Hakimiyyətindən “Olaylar”a verilən məlumata görə, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və can sağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu qeyd etmişdir.

Binəqədidə payız-qış mövsümü ilə əlaqədar şura iclası keçirilib  

29 Sentyabr 2017 17:24

Binəqədi rayonunda 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şura iclası keçirilib. “OLAYLAR” -a daxil olan məlumata görə, Şura iclasında Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyətinin başçının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatın şöbə müdirləri, inzibati sahə dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, MKTB, kommunal xidmətlərinin rəhbərləri, müəssisə rəhbərləri və fəal gənclər iştirak ediblər.

“Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” müzakirə edilib  

29 Sentyabr 2017 17:23

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin inkişafında təhsilin rolu” adlı dəyirmi masa keçirilib.

Ölkədəki internet problemi ilə bağlı NAZİRLİKDƏN AÇIQLAMA: heç bir axsama yoxdur

29 Sentyabr 2017 17:13

Həm “Aztelecom”un həm də “Baktelekom”un əməliyyat mərkəzlərində ölkə üzrə sabit internet şəbəkəsində heç bir problem qeydə alınmayıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ölkə ərazisində internetin sürətində fasilələrin müşahidə olunması ilə bağlı suala cavab verilərkən bildirilib.

Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbiri

29 Sentyabr 2017 16:40

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Gəncə şəhərində “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda seminar keçirilib. Seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 21 saylı region (Gəncə şəhəri, Samux və Göygöl rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Ombudsmanın Gəncə Regional Mərkəzinin, Gəncə şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin, rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri, ayrı-ayrı ümumtəhsil məktəblərinin direktorları, müəllim və şagirdləri iştirak edib.

Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramının sosial prioritetlərinə dair müzakirələr aparılıb

29 Sentyabr 2017 16:37

Ölkəmizlə Dünya Bankının  əməkdaşlığı çərçivəsində ötən dövrdə birgə icra olunan layihə və proqramlar digər sahələrlə yanaşı, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı,  sosial infrastrukturun yaxşılaşdırılması, əmək və sosial müdafiə, təhsil, səhiyyə sistemlərinin təkmilləşdirilməsi kimi vacib sosial məqsədləri də əhatə edib. Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı da sosial prioritetlərin, xüsusən əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinin davam etdirilməsində yeni əməkdaşlığa imkan verəcək. Bunu Azərbaycan Respublikasının  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyası ilə görüşdə bildirib.

Media azad və demokratik mühitdə fəaliyyət göstərir

29 Sentyabr 2017 16:31

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi kütləvi informasiya vasitələri ilə iş sahəsində də məqsədyönlü addımlar atılmağa başlandı. Müstəqilliyin ilk illərində ölkədə azad media, mətbuatı inkişaf etdirmək o qədər də asan məsələ deyildi.

"Səba"nın fırıladağı: Toyuq əvəzinə...

29 Sentyabr 2017 16:29

Bakının məhşur broyler şirkətindən şikayət var. Oxucular Yenicag.az-a müraciət edərək bildirib ki, paytaxtdakı marketlərdən birindən ”Səba” şirkətinə məxsus toyuq alıb. Evə gətirəndə isə görüb ki, həmin toyuğun içərisi buz parçaları ilə doludur.

Şimali Kiprin təhsil və mədəniyyət naziri Tərcümə Mərkəzində olub

29 Sentyabr 2017 16:24

Sentyabrın 29-da Şimali Kipr Türk Cümhuriyyətinin təhsil və mədəniyyət naziri Özdəmir Berovanın başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi xanım Üfüq TurganerNazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

PA rəsmisi: “Narkotik istifadəsinə görə ilk dəfə tutulan şəxslər müalicə olunacaqlar”

29 Sentyabr 2017 16:03

Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Cinayət Məcəlləsində narkotikdən istifadə edən şəxslərin məsuliyyətdən azad olunaraq, müalicəyə göndərilməsi bağlı dəyişikliyi şərh edib.

Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri hakimlərə irad tutub

29 Sentyabr 2017 15:57

“Görülən tədbirlərə baxmayaraq, hələ də məhkəmələr bir çox hallarda şəxslər barəsində həbs qətimkan tədbirlərinin seçilməsinə, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirlər”. Məlumata görə, bunu Milli Məclisdə bu gün keçirilən Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı ictimai dinləmələrdə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov bildirib.

Bakının bütün parkları pulsuz "Wi-Fi" ilə təmin olunacaq

29 Sentyabr 2017 15:54

Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, insanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz "wi-fi" ilə təmin edilir.