Sosial

Ələtdə baş verən yol qəzasında iki nəfər xəsarət alıb

29 Sentyabr 2017 20:00

Bakı-Qazax yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.   “Tofaş” markalı, 10 CD 326 dövlət nömrə nişanlı avtomobilin yolayrıcında olan metal konstruksiyaya çırpılması nəticəsində iki nəfər - Bakı sakini, 1988-ci il təvəllüdlü Qarayev Anar Soltan oğlu və Qobustan rayon sakini, 1989-cu il təvəllüdlü  Məmmədov Teymur Telman oğlu ağır xəsarətlər alıb. Onlar Şirvan şəhər Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Ən xeyirxah BÜRCLƏR

29 Sentyabr 2017 19:05

Asrtoloqların araşdırmaları nəticəsində məlum olub ki, 12 zodiak işarəsi arasında ən xeyirxah bürclər Əkizlər, Şir, Qız və Balıq bürcləridir.

Qəbul imtahanlarının yeni modeli açıqlandı

29 Sentyabr 2017 19:00

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının 29 sentyabr 2017-ci il tarixində növbəti iclası keçirilib. DİM-dən  verilən məlumata görə, iclasda müzakirə olunan məsələlərdən biri də 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli olmuşdur. Müzakirələrin sonunda Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan yeni model qəbul olunmuşdur.

Bərdə sakinin həyətində 16 ədəd çətənə kolu aşkar edilib

29 Sentyabr 2017 18:22

Kultivasiya yolu ilə yetişdirilən 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Əyricə kənd sakini Vəkil Manafova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Mədəniyyət və turizm naziri 3 ölkənin nümayəndələrini qəbul edib

29 Sentyabr 2017 18:15

Əbülfəs Qarayev Macarıstanın və Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirləri Viktor Sederkenyi və Rustam Soliyev, həmçinin  İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada ilə görüş keçirib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, hər üç görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olundu.

“Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib

29 Sentyabr 2017 18:10

Sentyabrın 29-da Təhsil Nazirliyi yanında  “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Daimi Şuranın sədri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və bu sahədə həyata keçirilən islahatların, o cümlədən əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığının vacibliyini qeyd edib, Daimi Şuranın yaranmasının və fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib. İclasda şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib.

Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi təlimləri izləyib

29 Sentyabr 2017 18:09

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Canikli ölkəmizdə keçirilən “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirak ediblər. “OLAYLAR”-ın xəbərinə görə,  uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirən nazirlər onların taktiki-texniki xüsusiyyətləri və tətbiqi imkanları ilə maraqlanıb. Təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətlərin, aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Əbülfəs Qarayev Avropa İttifaqının nümayəndəsi ilə görüşüb

29 Sentyabr 2017 18:04

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin yeni rəhbəri cənab Kestutis Yankauskası qəbul edib. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki,  görüşdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bu ilin 8 ayı ərzində 110 mindən çox sayğac quraşdırılıb

29 Sentyabr 2017 18:03

2017-ci ilin 8 ayı ərzində 110 mindən çox  sayğac quraşdırılıb. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə.  01 sentyabr 2017-ci il tarixə “Azərsu” ASC-nin ölkə üzrə su təchizatı xidməti göstərdiyi abonentlərin 1 milyon 48 min 207-i sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclaşma səviyyəsi 75 faizə çatıb.

Cahangir Hacıyev cərimə kamerasına salındı

29 Sentyabr 2017 17:44

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib. Vəkil bildirib ki, C. Hacıyev iki gündür, cərimə kamerasında saxlanılır. A. Layıc bildirib ki, C. Hacıyev mətbuatda fikirləri yayıldıqdan sonra cəzalandırılıb. Vəkil müvəkkili ilə görüşə bilmədiklərini, bununla bağlı lazimi qurumlara müraciət etdiklərini deyib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, hər hansı məhkum daxili nizam-intizam qaydalarını pozursa, cərimə kamerasına salına bilər. M. Sadıqov bu cür məsələlərin xidmət tərəfindən şərh edilmədiyini bildirib.

AYB Namiq Mənaya vəzifə verilməsini təkzib etdi: “... bir vərəq kağıza da dəyməz”

29 Sentyabr 2017 17:33

Azərbaycan Yazıçılar Birliyi meyxanaçı Namiq Mənanın Birliyin Qubadlı bölməsinə rəhbər təyin edilməsi haqda yayılan xəbərlərlə bağlı bəyanat yayıb.

Çovdarovun cinayət işini araşdıran hakimin səlahiyyət müddəti bitib

29 Sentyabr 2017 17:30

Bakı Hərbi Məhkəməsinin 5 hakimindən 3-nün səlahiyyət müddəti başa çatıb. Bunlar - məhkəmənin sədri Həbib Həsənov, hakimlər - Rafiq Quliyev və Müslüm Əliyevdir. Bununla bağlı həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Hakimlərin səlahiyyət müddətinin uzadılacağı istisna olunmur.