Sosial
Qiyamətin böyük əlamətləri
Qurana əl basıb and içmək olarmı?
Səhiyyə Nazirliyi: Aşura günü 1722 litr qan toplandı - YENİLƏNDİ
Azərbaycanda Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyası başa çatıb. Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, Aşura günü keçirilmiş qanvermə aksiyasında 3827 nəfər qan verib. O qeyd edib ki, qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb.
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanıb - Mağazalar bu gün açılmayıb
"Sədərək" və "Binə" ticarət mərkəzləri bu gün fəaliyyətini dayandırıb. Hazırda həmin ərazilərdə insan sıxlığı müşahidə edilir. Ticarət mərkəzlərinin önünə polislər toplaşıb. Onların sözlərinə görə, Aşura günü ilə əlaqədar işçilər gəlməyiblər.
Azərbaycanda yeni institut yaradılacaq
Azərbaycanda aqrosığorta sahəsi ilə məşğul olan vahid institut yaradılacaq. Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yerli nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib. Hazırda IFC Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə aqrosığorta sisteminin ölkəmizdə tətbiqinə dair layihə üzərində işləyir.
Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib
Keçirilməsi artıq ənənə şəklini almış “Beynəlxalq dəniz günü” ölkəmizdə də hər il “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlərlə qeyd olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən 30 sentyabr 2017-ci il tarixində ETSN-nin müvafiq qurumlarının əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib.
Nazirlik müraciət və şikayətlər araşdıracaq
Daşkəsəndə keçirilən görüşdə Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonları və Gəncə şəhərindən olan 40-a yaxın vətəndaşı qəbul edib. Olaylar bildirir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib və müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb.
Rektor Rumıniya səfiri ilə görüşüb
Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb. Olaylar bildirir ki, qonağı salamlayan rektor K.Abdulla onun Rumıniyada Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində gördüyü işlər barədə məlumatlı olduğunu bildirib və göstərdiyi dəstəyə görə ona təşəkkür edib. K.Abdulla belə bir mərkəzin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyini və təhsil sahəsində əməkdaşlığı daha da gücləndirəcəyini bildirib. O, əlavə edib ki, mərkəz üçün ayrılacaq otağın avandanlıqlarla təchiz olunmasını və ora müəllim göndərilməsini ADU öz üzərinə götürəcək: “Həmin universitetdən xahişimiz odur ki, Azərbaycan multikulturalizmi fənni tədris proqramına daxil edilsin”.














