Sosial
Sərhədçilər narkotacirləri ələ keçirdilər
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.DSX-nin mətbuat mərkəzindən “Olaylar”a verilən xəbərə görə, Azərbaycan vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu Biləsuvar-Salyan şosesinin kənarında gizlədilmiş 2160 ədəd “Pregabolin 150” və 17000 ədəd “T-Dol 200” markalı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən DSX-nın əməkdaşları tərəfindən saxlanılıb.
DİQQƏT: Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir
1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalandığı halda, hazırda bu göstərici 50 faizə çatıb. Bunu Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.
Bu gün Milli Məclis toplaşacaq
Bu gün Milli Məclisin 2017-ci li payız sessiyasının ilk plenar iclası olacaq. Payız sessiyasının iclasına 34 məsələ daxil edilib.“Olaylar” xəbər verir ki, parlamentarilər Milli Məclisinin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planını, Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi, bir sıra ölkələrlə ikitərfli sazişin ratifikasiya edilməsi məsələsini müzakirə edəcəklər.
Səyyar ASAN xidmət Lökbatan və Lökbatan və Binədə
2-16 oktyabr tarixlərində Səyyar ASAN xidmət Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşlara səyyar formada kommunal xidmətlər təqdim olunacaq.
Xətai rayonu yenə də ağacların soyqırımına məruz qalır
Yaşıllıq insanda pozitiv ruh yaradır. İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivinin çoxluğu arzuediləndir. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır.
Şamaxıda Oleq Krapivin adına idman məktəbinin açılışı mərasimi keçirilib
Sərbəst güləş üzrə Oleq Krapivinin şərəfinə təşkil olunmuş V açıq respublika turniri çərçivəsində Azərbaycan Ulu Öndər Heydər Əliyevin Şamaxı rayonunda yerləşən abidəsinin qarşısına gül dəstəsi qoyublar.
11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək
6-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçiriləcək. Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək.
Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Topçu kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə icma sədri Rəşid Məmmədov açıb və dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolundan danışıb.














