Bakı Apellyasiya Məhkəməsinin hakimi vəfat etdi
30 Sentyabr 2017 11:22 SosialBakı Apellyasiya Məhkəməsinin hakimi, məhkəmənin Mülki kollegiyanın sədri vəzifəsini icra edən Mehti Əsədov vəfat edib.
Report xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mehti Fəyyaz oğlu Əsədov 1961-ci ildə anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1986-1990-cı illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Sosial Təminat Şöbəsində bölmə müdiri, 1990-2000-ci illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsində iclas katibi, 2000-2007-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi, 2007-2008-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi işləyib.
2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsini tuturdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00