Sosial
Avtomobil trktorla toqquşub-ölən var
Beyləqan rayonunun Milabad qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən mlumata görə, oktyabrın 15-də saat 19 radələrində Beyləqan rayonunun Milabad qəsəbəsi ərazisində qəsəbə sakini Tahir Cəfərovun idarə etdiyi “VAZ-21063” markalı avtomobil və Şəfəq qəsəbə sakini Səməndər Balakişiyevin idarə etdiyi “MTZ-892” markalı traktor toqquşub. Nəticədə T.Cəfərov və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Hümbət Aydınov orada ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Avtomobil piyadanı vurub öldürdü
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almıış Samux rayon sakini Elnur Quliyev yerləşdirildiyi xəstəxanada ölüb. DİN-dən “Olaylar”a verilən mlumata görə, oktyabrın 15-də saat 20 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakini Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Elnur Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Lerik və Masallıda yeni sürüşmə sahələri yarandı
Lerik və Masallı rayonlarında yeni lokal sürüşmə sahələri əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya bildirib ki, Lerikdə Soru, Veri-Əliabad və Kirəvud, Masallıda isə Zuvand və Güllütəpə kəndlərində yeni lokal sürüşmə sahələri yaranıb.
DYP-nin evakuatorları müvəqqəti ləğv edildi - Maşınlar cərimə meydançasına aparılmayacaq
Mühacirətin dünyəvi Azərbaycan modeli olan İMC nümunəsindən hər bir ölkə faydalana bilər
"İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi ötən cümə günü Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində İranlı Mühacirlər Cəmiyyəti mühacirətin dünyəvi Azərbaycan modeli mövzusunda növbəti "dəyirmi masa"sını keçirib. Tədbirdə həmin bölgədə və eləcə də Qax və Balakən rayonlarında məskunlaşan iranlı mühacirlər, onların ailə üzvləri, həmçinin müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və ora tər gül-çiçəklər düzülüb.
“Bərdə” gəmi-bərəsi istismara qaytarılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən uğurla çıxıb. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi rənglənib.
Nəsimidə mağaza yanıb
Bakı şəhərinin Nəsimi rayonunda vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan mağazanın lambirdən ibarət tavanı, divar üzlüyü 4 m2 sahədə, geyim malları 2 m2 sahədə və kondisioner yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aslan İsmayılova cinayət işi açıldı – FOTO
Tanınmış hüquqşünas Aslan İsmayılova cinayət işi açılıb. Bu barədə A. İsmayılov Facebook səhifəsində məlumat verib.
Lifti təmir etmək istəyən özü şaxtaya düşərək ölüb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bakıda məişət zorakılığı ilə bağlı konfrans keçiriləcək
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) 2016-cı ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi gender-əsaslı zorakılığın qarşısını alınması və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan Hökumətinə dəstək verməkdir.
Oqtay Əsədov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasına qatılıb
Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyasında iştirak edib. MM-dən “Olaylar”a verilən məlumata görə, Assambleyada Rusiya Prezidenti Vladimir Putin açılış mərasimində çıxış edərək bir sıra aktual beynəlxalq məsələlərə toxunub.
Yağış yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 10-12° isti, gündüz 13-15° isti, Bakıda gecə 10-12°, gündüz 13-15° isti olacağı gözlənilir.
Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero İO" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
56 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, bu dəfəki hərracda müxtəlif çeşidli 56 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 21-i kiçik dövlət müəssisə və obyekti, 7-si istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Azərmetalinvest“, “Çatal Broyler”, “Goranboy Sənaye“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.
Yaqub Mahmudov: “Dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, regionda münaqişələrin gücləndiyi şəraitdə milli dəyərlərin, milli maraqların və mənafelərin qorunması son dərəcə önəmlidir: “Bu gün dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir.














