Lifti təmir etmək istəyən özü şaxtaya düşərək ölüb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
16 Oktyabr 2017 14:38 SosialBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.