Bakıda məişət zorakılığı ilə bağlı konfrans keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) 2016-cı ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi gender-əsaslı zorakılığın qarşısını alınması və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan Hökumətinə dəstək verməkdir.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) 2016-cı ildən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" layihəsini həyata keçirir. Layihənin əsas məqsədi gender-əsaslı zorakılığın qarşısını alınması və istiqamətləndirmə mexanizminin yaradılması prosesində Azərbaycan Hökumətinə dəstək verməkdir. Komitədən "Olaylar"a verilən məlumata görə, layihənin əsas kompanentlərindən biri də məişət zorakılığın qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması və Milli Fəaliyyət Planın hazırlanmasıdır. Bunu nəzərə alaraq, CEDAW Komitəsinin üzvü və hazırda BMT-nin Baş Katibinin Münaqişələrdə Cinsi Zorakılıqla bağlı Xüsusi Nümayəndəsi xanım Pramila Patten 17-19 aprel 2017-ci il tarixində Bakıya işgüzar səfər etmiş və hökumət nümayəndələri, bütün əlaqəli nazirliklərin nazir müavinləri ilə səmərəli görüşlər keçirmişdir. Ekspert bu görüşlərin yekun nəticələri əsasında beynəlxalq təcrübəyə uyğun gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi üzrə qurumlararası koordinasiya mexanizminin yaradılması və milli qanunvericilik çərçivəsinin hazırlanması üzrə tövsiyələr hazırlamışdır. Təklif olunan tövsiyələrin müzakirəsi məqsədilə "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması" mövzusunda konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Konfrans 24 oktyabr 2017-ci il, tarixində saat 09:30-dan 12:00-dək, Boulevard Hotel, "Taghiyev Ballroom" zalında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31