Sosial
Ölkəmizdə söz və mətbuat azadlığı daim inkişaf edir
Cəmiyyətin söz və mətbuat azadlığına qovuşması əsrlər boyu insanların demokratik ideallar uğrunda mübarizəsinin başlıca qayəsini təşkil etmişdir. Sivil insan cəmiyyəti formalaşandan azad fikir, sərbəst düşüncə ifadə etməyə və eyni zamanda, dəqiq, obyektiv informasiya almağa ciddi mənəvi-fizioloji ehtiyac duymuşdur. Etiraf edək ki, Azərbaycan cəmiyyətində də söz və mətbuat azadlığı aşkarlıq, hesabatlılıq və siyasi plüralizm prinsiplərinin təminatında mühüm rol oynamaqla yanaşı, həm də demokratik inkişafı şərtləndirən mühüm amillərdən sayılır. Ölkəmizdə hesab olunur ki, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı suallarımızı Vəkil Rövşən Qasımov cavablandırır.
Azərbaycanla Bolqarıstan arasında sosial təminat haqqında hökumətlərarası Saziş layihəsi müzakirə olunub
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Bolqarıstan Respublikasının əmək və sosial siyasət nazirinin müavini Lazar Lazarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsinin müzakirə olunmasıdır.
12 rayonun bələdiyyə xəritələri hazırlanır
Elektron kadastr uçotunun işləri yekunlaşıb 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması üzrə işlər davam edir. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a veriln mlumata görə, 2017-ci ildə 14 rayonunda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur.
9 ayda 40 hərrac keçirilib
2017-ci ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 40-a yaxın hərrac keçirilib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a veriln mlumata görə, özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə veribdir. İlk olaraq daşınar əmlakın özəlləşdirilməsini həyata keçirən Elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn olaraq qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər.
Cari ildə 150 min mənzilə çıxarış verilib
Cari ilin 9 ay ərzində keçirilmiş 17 “Kütləvi çıxarış” kampaniyasının 4-ü paytaxt rayonlarında, 13-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutubdur. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 9 ay ərzində vətəndaşlardan 60 mindən çox müraciət qəbul olunubdur. Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıbdır.
Torpaqların səmərəli istifadə olunmamasına görə, 1900 inzibati protokol tərtib edilib
Əmlak Məsələləri Dövlət Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilir. Komitədən “Olaylar”a verilən məlumata görə, cari ilin 9 ayı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 744 hal üzrə inzibati protokollar tərtib olunubr. Ümumilikdə isə indiyədək, 1900-a yaxın inzibati protokol tərtib edilib. Kənd təsərrüfatı məqsədi ilə 165 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
ƏMDK 9 ayın yekunları ilə bağlı müşavirə keçirib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.“Olaylar”ın məlumatına görə, komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə aparılan mühüm islahatlar nəticəsində qeyri-neft sektoru inkişaf edir, iqtisadiyyat şaxələndirilir.
SAM rəhbəri Soçiyə gedib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Valday” beynəlxalq diskussiya klubunun 16-19 oktyabr 2017-ci il tarixlərində keçirilən “Yaradıcı destruksiya: Mövcud münaqişələrdən yeni dünya nizamı meydana gəlir?” mövzusundakı XIV illik iclasında iştirak etmək məqsədilə Soçidə səfərdədir .
İnsan alverinə qarşı mübarizə sahəsində aparılan siyasət bir çox dövlətlərə örnək olmalıdır
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Biləsuvar rayonunda "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adllı tədbir təşkil edib.
""Hafka" bu namərdliyinə görə söyüşə layiqdir" - Hafiz Məmmədov yalvarır
Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev bir müddət əvvəl saxlanıldıqları polis idarəsindən evə buraxılıblar.
ADU - da Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir
Oktyabrın 16- da Azərbaycan Dillər Universitetində universitetin Linqvokulturologiya kafedrasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində 18 Oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib. Olaylar bildirir ki, açılış nitqi ilə çıxış edən Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva tədbirin Azərbaycan tarixində mühüm hadisə kimi yer tutan Dövlət Müstəqilliyi Gününə həsr olunduğunu bildirib. O, qeyd edib ki, xalqımız əsrlər boyu müstəqilliyin arzusunda olub, bu gün isə biz əldə etdiyimiz müstəqilliklə fəxr edirik.
Bakıda evakuatorlar işi dayandırdı - Maşınlar cərimə meydançasına aparılmır
Bakıda DYP evakuatorlarının fəaliyyətinin ləğv edilməsi barədə xəbərlər yayılıb. Bildirilir ki, bundan sonra sürücülər dayanma-durma qaydasını pozarkən maşınlar cərimə meydançasına aparılmayacaq. Lakin yol polisi əməkdaşları həmin avtomobilin sürücüsü barəsində hər yarım saatdan bir inzibati protokol tərtib edə bilər. Bütün bunlar sürücülərin bir-birinə sevinərək verdiyi xəbərlərdir.
Azərbaycanda böhtana görə yeni cəza tətbiq ediləcək
Azərbaycanda böhtana görə yeni cəza tətbiq edilməsi təklif olunur. Bununla bağlı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əlavələrin edilməsi təklif edilir. Təklifə əsasən, böhtana görə, 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Hazırda əmələ görə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası var. Azadlığın məhdudlaşdırılması cəzası cəza məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.
Bakıda Salvador Dali hoqqası: Əliyevanı necə qaradəriliyə çevirdilər...
"VİP STYLE" özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünü kimyəvi dərmanlarla yandıraraq tanınmaz hala salıblar. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib.
Nöqsanlara görə işdən çıxarılan idarə rəisinin yerinə təyinat oldu
Salyan rayonunda statistika idarəsinə yeni rəis təyinatı olub. Elnur Akif oğlu Hüseynov Salyan rayon statistika idarəsinin rəisi təyin edilib.E.Hüseynov bu təyinata kimi rayonun Kürqaraqaşlı kənd ərazi nümayəndəliyinin müavini vəzifəsində çalışıb.














