İnsan alverinə qarşı mübarizə sahəsində aparılan siyasət bir çox dövlətlərə örnək olmalıdır

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Biləsuvar rayonunda "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adllı tədbir təşkil edib.

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Biləsuvar rayonunda "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adllı tədbir təşkil edib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyev açaraq layihə haqqında qonaqlara məlumat vermiş və mövzunun vacibləyini diqqətə çatdırıb. Ramiz Alıyev İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı cənab Prezidentin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verib. İnsan alveri və bu cinayətkarlıqla mübarizə mexanizmlərindən danışıb. Tədbirdə DİN-nin çəkdirdiyi "Satılmış Həyat" filmi də nümayiş olunub. 
Daha Sonra Biləsuvar Rayon İcra Hakimiyyəti İctimai-Siyasi Şöbəsinin baş məsləhətcisi Səbinə Hüseynzadə və Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkilli polis -mayoru Fikrət İskəndərov çıxış edərək rayon ərazisində insan alverinə qarşı mübarizəyə dair aparılan maarifləndirmə tədbirləri və cinayyətkarlıqla mübarizə ilə bağlı qonaqlarla və tədbir iştirakçılarına geniş məlumat veriblər. Tədbir disukrsya şəkilində davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31