ƏMDK 9 ayın yekunları ilə bağlı müşavirə keçirib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.“Olaylar”ın məlumatına görə, komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə aparılan mühüm islahatlar nəticəsində qeyri-neft sektoru inkişaf edir, iqtisadiyyat şaxələndirilir.
16 Oktyabr 2017 16:13 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib."Olaylar"ın məlumatına görə, komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə aparılan mühüm islahatlar nəticəsində qeyri-neft sektoru inkişaf edir, iqtisadiyyat şaxələndirilir. Eyni zamanda biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, məşğulluq səviyyəsi artırılır, vətəndaş məmnunluğu təmin edilir. Həyata keçirilən islahatlar çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyət istiqamətləri üzrə cari ilin 9 ayında da ardıcıl olaraq mühüm işlər görübdür. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Strateji Yol Xəritələrinin hesabatlarında da Komitənin fəaliyyəti yüksək qiymətləndirilir. Belə ki, Strateji Yol Xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında Komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53%-nin icrasını təmin edibdir. Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edibdir. Komitə 9 istiqamət üzrə birinci icraçıdır. Bu sənədin icrasının təmin edilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tədbirlər planı hazırlanıb və həmin istiqamətlər icra edilməkdədir. Qeyd edilib ki, cari ilin 9 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı 1032 yaxın monitorinq aktı təhlil edilibdir. 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb, hazırda sahəvi təhlillər aparılmaqdadır.