Cari ildə 150 min mənzilə çıxarış verilib
Cari ilin 9 ay ərzində keçirilmiş 17 “Kütləvi çıxarış” kampaniyasının 4-ü paytaxt rayonlarında, 13-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutubdur. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 9 ay ərzində vətəndaşlardan 60 mindən çox müraciət qəbul olunubdur. Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıbdır.
16 Oktyabr 2017 16:15 SosialCari ilin 9 ay ərzində keçirilmiş 17 "Kütləvi çıxarış" kampaniyasının 4-ü paytaxt rayonlarında, 13-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutubdur. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 9 ay ərzində vətəndaşlardan 60 mindən çox müraciət qəbul olunubdur. Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıbdır. Bu barədə Əmlak Məsələlri Dövlət Komitəsindən "Olaylar"a verilən məlumata görə, daşınmaz əmlakın qeydiyyatı sahəsində 2 yeni elektron xidmət istifadəyə verilib. "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi", "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi"dir. Növbəti innovativ addım çıxarış və arxivlərin elektronlaşmasıdır. Bununla əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub.