SAM rəhbəri Soçiyə gedib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Valday” beynəlxalq diskussiya klubunun 16-19 oktyabr 2017-ci il tarixlərində keçirilən “Yaradıcı destruksiya: Mövcud münaqişələrdən yeni dünya nizamı meydana gəlir?” mövzusundakı XIV illik iclasında iştirak etmək məqsədilə Soçidə səfərdədir .
16 Oktyabr 2017 16:11 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov "Valday" beynəlxalq diskussiya klubunun 16-19 oktyabr 2017-ci il tarixlərində keçirilən "Yaradıcı destruksiya: Mövcud münaqişələrdən yeni dünya nizamı meydana gəlir?" mövzusundakı XIV illik iclasında iştirak etmək məqsədilə Soçidə səfərdədir . "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, Valday klubunun Rusiya və digər regionlardan olan ekspert və ictimai-siyasi xadimlərin, dövlət rəsmilərinin iştirakı ilə keçirilən bu ilki görüşündə dünyanın geosiyasi mənzərəsindəki münaqişələrə, eləcə də varlı və kasıb təbəqə, insan və təbiət, universallıq və mənsubiyyət, inkişaf və humanizm arasıdakı toqquşmalara dair mövzular müxtəlif rakurslardan analiz ediləcək və iclas "Gələcəyin Dünyası: Münaqişədən harmoniyaya keçid" mövzusundakı plenar sessiya ilə başa çatacaq.