Oqtay Əsədov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasına qatılıb

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyasında iştirak edib. MM-dən “Olaylar”a verilən məlumata görə, Assambleyada Rusiya Prezidenti Vladimir Putin açılış mərasimində çıxış edərək bir sıra aktual beynəlxalq məsələlərə toxunub.

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyasında iştirak edib. MM-dən "Olaylar"a verilən məlumata görə, Assambleyada Rusiya Prezidenti Vladimir Putin açılış mərasimində çıxış edərək bir sıra aktual beynəlxalq məsələlərə toxunub.

Qeyd edib ki, son vaxtlar dövlətlərarası, o cümlədən parlamentlərarası dialoq, beynəlxalq hüquq sistemi dəyişikliyə uğrayıb, qanunvericilərin birbaşa əlaqələrinin yaradılmasına məhdudiyyətlər qoyulur. Rusiya rəhbəri qanunvericilərə qarşı sanksiyaların tətbiq olunmasının, parlament strukturları çərçivəsində bəzi ölkələrin nümayəndə heyətlərinin hüquqlarının pozulmasının yolverilməzliyini diqqətə çatdırıb. Vladimir Putin terrorizmlə mübarizədə ikili standartların tətbiqini, radikal qüvvələrdən siyasi məqsədlərlə istifadə olunmasını da pisləyib. Xatırladaq ki, "Mədəni plüralizimin və sülhün dinlərarası və etnoslararası dialoq vasitəsilə inkişafı" şüarı altında keçən Assambleyada dünyanın beş qitəsindən 100-ə yaxın ölkənin parlament sədrləri və 150-dən çox ölkənin nümayəndə heyətləri iştirak edib. Oktyabrın 16-da nümayəndə heyətimizin Sankt-Peterburqa səfəri başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31