“Bərdə” gəmi-bərəsi istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına  məxsus “Bərdə” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən uğurla çıxıb. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmi-bərənin  sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş  mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi rənglənib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Nəqliyyat donanmasına  məxsus "Bərdə" gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Gəmi sınaq üzüşündən uğurla çıxıb. "OLAYLAR"-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmi-bərənin  sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş  mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi rənglənib. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Sınaq üzüşündən uğurla çıxan gəmi-bərənin registrə dair müvafiq sənədləri də artıq hazırdır. "Bərdə"   gəmi-bərəsinin   yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismarına start verilib.  Qeyd edək ki, üzən vasitə  Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı  xətlərində müntəzəm çıxdığı səfərlərdə dəmir yolu vaqonları daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31