Avtomobil piyadanı vurub öldürdü
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almıış Samux rayon sakini Elnur Quliyev yerləşdirildiyi xəstəxanada ölüb. DİN-dən “Olaylar”a verilən mlumata görə, oktyabrın 15-də saat 20 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakini Sabir Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Elnur Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
16 Oktyabr 2017 15:49 SosialYol-nəqliyyat hadisəsi zamanı xəsarət almıış Samux rayon sakini Elnur Quliyev yerləşdirildiyi xəstəxanada ölüb. DİN-dən "Olaylar"a verilən mlumata görə, oktyabrın 15-də saat 20 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakini Sabir Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən həmyerlisi Elnur Quliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.