Sosial
Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarına başlanacaq
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu ay Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışlarına başlanacaq.
Muzdla çalışan işçilərin sayı açıqlandı
2017-ci il oktyabrın 1-dək iqtisadi fəal əhalinin sayı 5 milyon 71,6 min nəfər olub, onlardan 4 milyon 821,2 min nəfərini məşğul əhali təşkil edib.
2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirildi
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac 24 oktyabr tarixində keçirilib. Hərracda 2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 8 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib.
Bakının mərkəzində yeniyetmələrə narkotik satılırmış?
Nəsimi rayonu, 1-ci mikrorayon, Asif Məhərrəmov küçəsi, 11A ünvanda yerləşən aptekdə satışı qadağan olunmuş, uyuşdurucu tərkibli “Tramadol” adlı dərman satılır. Bu fakt narkotik tərkibli dərmanlardan istifadə edən gənclərdən birinin anasının aptekdə çəkdiyi video görüntülərdən sonra bəlli olub. Görüntülərdən məlum olur ki, 14-15 yaşlı uşaqlar aptekdən bu dərmanları alır, biri elə aptekin qarşısında dərmanı qəbul edir.
Təzə Pir məscidinin ətrafında 2010 obyekt söküləcək
Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir.
“Kanal 13”ün direktorunun məhkəməsində şahidlər dindirilib
Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet-televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sarayevoda konfrans keçirəcək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi noyabrın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” movzusunda konfrans keçirəcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.
İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə İsmayıllıda "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov seminar-müşavirənin əhəmiyyətini qeyd edərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. Mirdaməd Sadıqov rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən söhbət açıb.
Çexiya Azərbaycanla əlaqələrini genişləndirmək niyyətindədir
Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, ölkələrimiz arasındakı əlaqələrdən söz açan Valeh Ələsgərov qeyd edib ki, səfər çərçivəsində Bakıda keçiriləcək görüşlər və aparılacaq danışıqlar mövcud münasibətlərin daha yüksək səviyyəyə qalxmasına təkan verəcək. Vitse-spiker bildirib ki, Azərbaycanla Çexiya arasında istər parlament, istərsə də hökumət səviyyəsində əlaqələr ildən-ilə inkişaf edir. Münasibətlərin dərinləşməsində parlamentlərarası dostluq qruplarının da rolu var.
Azərbaycan prezidentinin ətrafında dinamik, milli düşüncəli bir gənclik formalaşıb
Cənubi Qafqazda ictimai-siyasi və iqtisadi sabitliyə malik ölkə kimi tanınan Azərbaycanın bütün sahələr üzrə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar bəzi beynəlxalq təşkilat və qurumları, xüsusilə də erməni lobbisinin maliyyəsi ilə işləyən bir sıra Avropa təsisatları, institutlarını narahat edir. Məhz bu narahatçılıqdan dolayı müntəzəm olaraq ölkəmizə qarşı Qərbdən, Avropadan çirkin, qərəzli kampaniyalar həyata keçirilir və düşünülür ki, bununla Azərbaycan dövləti və onun hakimiyyətinə hansısa zərbə vuracaq, onun beynəlxalq imicinə, nüfuzuna xələl gətirəcəklər. Artıq on illərdir ki, bizlər bu kimi qarayaxma kampaniyaların əyani şahidinə çevrilmişik. Günümüzdə də qeyd etdiyimiz mənfi tendensiya davam edir və bu dəfə daha böyük antiAzərbaycan şəbəkə Bakıya qarşı mütəşəkkil şəkildə mübarizəyə başlayıb.
Təhsildə yaş həddi götürülür
Azərbaycanın Əmək Məcəlləsinə dəyişikliklər ediləcək. Məlumata görə, Məcəllənin 4-cü maddəsinə ( bu Məcəllənin tətbiq edildiyi iş yerləri ) maddəsinə edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir.
Erməni iddialarına tutarlı cavab
“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə“Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı törətdikləri soyqırımı faktlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində ilk tədbirini Bakı Dövlət Universitetinin Tarix fakültəsində keçirib.
Milli Məclis oktyabrın 31-də yığışacaq
Milli Məclisin növbəti plenar iclası oktyabrın 31-də keçiriləcək. Bu barədə məlumatı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu verib. A.Təvəkküloğlu bildirib ki, parlamentin növbəti iclasının gündəliyinə 35 məsələ daxil edilib. Gündəlikdə bir sıra qanunlara və sənədlər əlavə dəyişiklər də nəzərdə tutulur.
Nəqliyyat vasitəsini idarə edərkən diqqətli olmaq cəmiyyətin təhlükəsizliyi üçün çox vacibdir
Son günlərin əsas müzakirə mövzularından biri də avtomobili idarə edərkən sürücünün yanındakı sərnişinlə söhbət etməsinə görə cərimə ödəyəcəyi ilə bağlı məsələdir. Demək olar ki, kütləvi informasiya vasitələri, sosial şəbəkələrdə bu mövzu geniş müzakirə predmetinə çevrilib. Əsas sual doğuran məqam ondan ibarətdir ki, yol polis əməkdaşı sürücünün avtomobili idarə edərkən söhbət etdiyini necə müəyyənləşdirəcək.
Qohum nikahlar irsi xəstəliklər törədir
Elmi araşdırmaların nəticələrinə görə, yaxın qohumlar arasında bağlanan nikahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Südut olunub ki, nikaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir.














