Erməni iddialarına tutarlı cavab
“Müasir İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə“Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı törətdikləri soyqırımı faktlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması” layihəsi çərçivəsində ilk tədbirini Bakı Dövlət Universitetinin Tarix fakültəsində keçirib.
24 Oktyabr 2017 13:54 Sosial"Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı olan soyqırımı" kitabı çap edilib
"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə"Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı törətdikləri soyqırımı faktlarının yerli və beynəlxalq ictimaiyyətə çatdırılması" layihəsi çərçivəsində ilk tədbirini Bakı Dövlət Universitetinin Tarix fakültəsində keçirib. "Olaylar" xəbər verir ki, tədbiri giriş sözüylə açan BDU-nun Tarix fakültəsinin dekanı Azad Rzayev tədbirin əhəmiyyətindən, ermənilərin törətdikləri soyqırımdan danışıb. O, bu kimi faktların ictimailəşdirilməsinin əhəmiyyətini qeyd edərək, BDU əməkdaşlarının və tələbələrinin ona ciddi töhfə verdiklərini vurğuladı."Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü təşkilatın gördüyü işlərdən, QHT-lərə Dövlət Dəstəyi Şurası ilə icra olunan layihələrdən bəhs edib. O, hazırda icra etdikləri layihə, layihə çərçivəsində çap edilən "Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı olan soyqırımı" adlı kitab və oradakı faktların ictimailəşdirilməsi üçün görüləcək işləri, atacaqları addımları dilə gətirib. "Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı olan soyqırımı" kitabını müəllifi, araşdırmaçı,"Təhsil problemləri" qəzetinin əməkdaşı Xaqani İsmayıl çıxışında 15 ildən artıq bir müddətdə erməni iddialarına tutarlı cavab ola biləcək istiqamətlər üzərində çalışdığını bildirdi. Kiprdən Orta Asiyaya qədər böyük bir coğrafiyada erməni fəaliyyətlərini tədqiq etdiyini deyən müəllif bildirib ki, XX yüzillikdə ermənilər "Böyük Ermənistan" dövləti qurmaq uğrunda apardıqları terror fəaliyyəti zamanı nəinki türklərə, müsəlmanlara, həm də xristianlara və yəhudilərə qarşı soyqırımı aktları törətmişlər. O, "Erməni məsələsi" və türk-müsəlman soyqırımı", "Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı" kitablarında erməni millətçilərinin Osmanlı imperatorluğu (əsasən Şərqi Anadolu), Qafqaz, İran (əsasən Güney Azərbaycan) və Orta Asiya (əsasən Kokand) bölgələrində türklərə və başqa bölgə xalqlarına qarşı törətdikləri soyqırımların tarixi sənədlərlə ortaya qoyulduğunu nəzərə çatdırdı. X.İsmayıl tarixi araşdırmaları zamanı aşkara çıxardığı yeni sənədlər sırasında aşağıdakıları diqqətə çatdırıb: 31 Mart faciəsi ilə bağlı Antanta (Birləşmiş Qüvvələr) Polis Komissarlığının istintaq sənədləri və Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə və istintaq orqanları ilə yazışmaları; Azərbaycan Xalq Cümhuriyyətinin Avropa İstintaq Komissiyası yaradılması təşəbbüsü ilə bağlı Antanta dövlətləri ilə yazışmaları; Qars vilayətində 1919-1920-ci illərdə İngiltərənin hərbi müdaxiləsi ilə yaradılmış "Qərbi Ermənistan" hökuməti tərəfindən həyata keçirilmiş müsəlmanların, xristianların (rusların və yunanların) soyqırımı haqda arxiv sənədləri, 1918-ci ildə gürcülərin ermənilər tərəfindən soyqırıma məruz qalması ilə bağlı tarixi dəlillər, erməni daşnaklarının Orta Asiyanın bir hissəsinə ərazi iddiaları ilə bağlı çarlıq Rusiyası dönəminə aid arxiv sənədi və sair. Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, BDU-nun Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli, filologiya üzrə elmlər doktoru Ramiz Əskər, professor Ziyadxan Nəbibəyli, BMT yanında sülh səfiri Asif Məmmədli müəllifin kitabındakı yeniliklərdən bəhs ediblər.