Sosial

Bu il vətəndaşlar öz hesabına 8 mindən çox ev tikib

24 Oktyabr 2017 16:11

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vətəndaşların vəsaiti hesabına ümumi sahəsi 1 milyon 228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib. Fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olub.

Qaçan məhbusları hansı cəza gözləyir?

24 Oktyabr 2017 16:08

Məhbusların Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakıya gətirilərkən paytaxtda nəzarətdən yayınaraq qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Kəmaləddin Heydərov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

24 Oktyabr 2017 16:05

Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 24-də BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və UNDP-nin Azərbaycan Respublikası üzrə rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb. FHN-dən “Olaylar”a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb və gələcəkdə də bu münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

"Üzərində Ermənistan bayrağı olan avtomobil rəsmi avtosalondan alınmayıb" - Avtokapital-Azərbaycan

24 Oktyabr 2017 16:02

Bakının mərkəzi küçələrində üzərində Ermənistan bayrağının rəngləri olan "Mercedes-Benz" markalı avtomobillə bağlı "Mercedes-Benz"in Azərbaycandakı rəsmi distribütoru "Avtokapital-Azərbaycan" şirkəti açıqlama verib.

Müəllim və valideynlərin qəbulu keçiriləcək

24 Oktyabr 2017 15:52

Oktyabrın 27-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Doktoranturaya qəbulda yenilik

24 Oktyabr 2017 15:48

Azərbaycanda doktoranturaya qəbulda yenilik olacaq. Məlumata görə, bununla bağlı “Təhsil haqqında” qanunun 23-cü maddəsinə (Doktorantura) dəyişiklik edilir. Dəyişikliyə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrlə, “Elm haqqında” Qanuna və bu qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

Coğrafiya İnstitutu: Ağsu aşırımı tarazlığını tamamilə itirib

24 Oktyabr 2017 15:35

"Son zamanlar yağışların intensiv xarakter alması nəticəsində risk daşıyan ərazilərdə sürüşmələr intensivləşib. Həmin ərazilərdə nəinki sürüşmələr, digər təbiət hadisələrində də intensivlik müşahidə edilir. Bunun əsas səbəblərindən biri Azərbaycanda əhalinin sayının artması, insanların əvvəlki illərdən fərqli olaraq daha çox təhlükə daşıyan yamaclara, dağlıq ərazilərə meyl etməsidir”.

Xəstəlik mənbəyi olan bu bitkilər ölkəyə buraxılmayacaq

24 Oktyabr 2017 15:29

Yaşıllıqların mühafizəsi məqsədi ilə genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycana gətirilməsinə və onun hüdudlarından kənara aparılmasına yol verilməyəcək.

Bu öldürən yeməkdən necə qorunmalı?

24 Oktyabr 2017 15:26

Bir çoxları zəhərlənmədən çəkindiyi üçün göbələk yemir. Halbuki bu tərəvəzin çox spesifik dadı və bəzi hallarda faydası var. Lakin sirr deyil ki, sıravi vətəndaşlar göbələyin zəhərli olduğunu ayırd etməkdə çətinlik çəkir və buna görə də sonda faciə yaşanır. Elə Abşeronda bir ailənin dörd övladından ikisinin göbələk zəhərlənməsindən dünyasını dəyişməsi, digərlərinin ömürlük əlil olması bu məsələdə bir daha ciddi siqnal oldu.

Azərbaycan həqiqətləri amerikalı politoloqun təqdimatında

24 Oktyabr 2017 15:19

Multikulturalizm Mərkəzində tədqiqat təcrübəsi keçən ABŞ-dan olan jurnalist və siyasi araşdırmaçı Peter Teys Bosniya Herseqovinanın Travnik Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirə ilə çıxış edib. Olaylar bildirir ki, tədbir Universitetin 10 illik yubileyi ilə əlaqədar BBMM-in təşkilatçılığı və professor  Dr. Sabahudin Hadzialicin təşəbbüsü ilə baş tutub. Peter Teys  mühazirəsində  Azərbaycanın multikultural dəyərləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edib.  Mühazirədə eyni zamanda Azərbaycanın qədim arxitektura ənənələrinə, Memar Əcəmi Naxçıvani tərəfindən yaradılan abidələrin arxitektur baxımından unikallığı vurgulanıb.

Miqrasiya Xidməti 14 nəfərə səyyar xidmət göstərib

24 Oktyabr 2017 15:09

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq və onlara müvafiq sənədlərin təqdim olunmasını təmin etmək, eləcədə müraciət edənlərin miqrasiya orqanlarında göstərilən xidmətlərdən məmnunluğunun artırılması məqsədilə Astara rayon Mərkəzi Kitabxanasında Lənkəran regional miqrasiya idarəsi növbəti səyyar xidmət həyata keçirib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, səyyar qəbul zamanı 14 nəfərə xidmət göstərilib. Belə ki, 11 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim olunub və 3 şəxsə isə DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.

Rusiyada 6 nəfəri xilas edən azərbaycanlı polis: "Uşaqların çığırtısı hələ də qulağımdadır"

24 Oktyabr 2017 15:04

"Gecə saat 4 idi. Mən işdən, daha doğrusu növbədən qayıdırdım. Pervomaysk küçəsini keçəndə gördüm ev yanır. Əvvəl yanğınsöndürənlərə zəng elədim. Gördüm gecikirlər, içəri atıldım".

Bürcləri gələn İL NƏ GÖZLƏYİR? Eşq, pul, iş... - Amerikalı ALİM AÇIQLADI

24 Oktyabr 2017 14:51

Amerika və hind tarixçisi, Arizona Universitetinin professoru, məşhur astroloq Syuzan Miller 2018-ci il üçün bürclərin illik proqnozunu hazırlayıb.

Dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə edilib

24 Oktyabr 2017 14:44

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qazax RİH başçısının müavini Gülayə Həsənova keçirilən tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, keçirilən seminar-treninqlər cəmiyyətin, xüsusilə də gənclərin dini radikalizmə qarşı maariflənməsində əvəzsiz rol oynayır. G.Həsənova vurğulayıb ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir.

Metodistlər üçün işə qəbul üzrə müsabiqəsi keçirilir

24 Oktyabr 2017 14:42

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir. “OLAYLAR”-a idarədən daxil olan məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər. Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, 28 oktyabr 2017-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.