Bu il vətəndaşlar öz hesabına 8 mindən çox ev tikib
2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vətəndaşların vəsaiti hesabına ümumi sahəsi 1 milyon 228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib. Fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olub.
24 Oktyabr 2017 16:11 Sosial2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vətəndaşların vəsaiti hesabına ümumi sahəsi 1 milyon 228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib. Fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olub.
Qeyd edək ki, fərdi yaşayış evlərinin 49,8 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran və Şəki şəhərlərində, Abşeron, Qazax, Tovuz, Şəmkir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib. Trend.az