Sosial
"Heç vaxt bu adda əməkdaşımız olmayıb" - Təhsil Nazirliyi
Təhsil Nazirliyi əməkdaşının həbs olunması barədə olan xəbərləri təkzib edib. Qurumun sektor müdiri Cəsarət Valehov qeyd edib ki, Təhsil Nazirliyi Aparatının nəinki indi, heç vaxt bu adda qadın əməkdaşı olmayıb: "Xəbər yayılıb ki, Təhsil Nazirliyinin qadın əməkdaşı həbs olundu. Özü də istinadsız, sorğusuz və indiki zaman formasında. Ancaq tam məsuliyyətlə bildiririk ki, Təhsil Nazirliyi aparatının nəinki indi, heç vaxt bu adda məsul və ya qeyri-məsul qadın əməkdaşı olmayıb".
Cavid Osmanov: Ölkəmizi daha uğurlu perspektivlər gözləyir
“Azərbaycanın zəngin karbohidrogen ehtiyatlara malik olması və bundan səmərəli istifadə etmə təcrübə əldə etməsi D-8 tərəfləri üçün cəlbedicidir”. Bu fikri Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Diplomat: "Digər uşaqlarla bağlı İraq hökuməti Azərbaycanla iş aparır”
raqda saxlanılan azərbaycanlı uşaqlardan biri Azərbaycana gətirilib. Bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli deyib. O, azyaşlının Azərbaycan hakimiyyət orqanlarına təhvil verildiyini qeyd edib: “Digərləri ilə bağlı məsələ isə təhlükəsizlik məsələsidir və heç nə deyə bilmərəm. İraqhökuməti bu sahədə Azərbaycanla iş aparır”.
Balıqtutan cihazların Azərbaycana gətirilməsi qadağan olunur
Kiçik ilgəkli balıqtutan torların, balığı elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazların Azərbaycana gətirilməsinə qadağa qoyulur. “Olaylar” xəbər verir ki, bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik edilir.
Bakcell-in sponsorluğu ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinın sponsorluğu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı Bakıda “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edilib.
Dələduzluqda təqsirləndirilən müstəntiq məhkəmə zalından azadlığa buraxılıb
Səbail rayon Məhkəməsində dələduzluq və digər cinayətdə təqsirləndirilən Bakı şəhər Prokurorluğunun müstəntiqi Müşfiq Abbasovun məhkəməsi başlayıb. Məlumata görə, iclasda onun vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. Vəsatəti təmin olunub və o, azadlığa buraxılıb. Onun barəsində olan həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. M. Abbasov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Məhkəmə bir müddət əvvəl başlayıb.
Lotu Quli” həbsdən çıxıb? - Rəsmi açıqlama
Bu gün bəzi yerli KİV-lərdə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun azadlığa çıxması ilə bağlı məlumat yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqovla əlaqə saxlayıb.
Nəsimi rayonunda Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsi anılıb
“Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində Milli Qəhrəman Mirzəyev Yusif Vəli oğlunun adını daşıyan 44 saylı tam orta məktəbdə tədbir keçirilib.
Kimlərin ölkədən çıxmasına məhdudiyyət qoyulacaq?
Azərbaycan vətəndaşı olan və olmayan, o cümlədən əcnəbi olan bir qrup şəxsin ölkədən çıxması məhdudlaşdırılır. Məlumata görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 9-cu (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) və 17-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin müvəqqəti məhdudlaşdırılması) maddələrinə əlavələr təklif olunur.
KİVDF müsabiqə elan etdi
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fərdi jurnalist yazıları müsabiqəsini elan edir
Daha ucuz turizm xidmətləri təklif oluna bilər
Azərbaycanda turizm cəlbediciliyini yüksəltmək məqsədilə ölkənin regionlarında 2 və 3 ulduzlu və "hostel" tipli yerləşdirmə vasitələrinin, iaşə və əyləncə xidməti obyektlərinin yaradılması dövlət tərəfindən dəstəklənəcək.
Bu yumurtaları ƏSLA ALMAYIN! - Kənd yumurtası deyil, SAXTADIR
Saxta zeytun yağı, saxta pendirdən sonra indi də hiyləli yumurtalar bazarlarda peyda olub. Hiylənin kökünü tapandan sonra siz həm pulunuza qənaət edəcək, həm də sağlamlığınızı qoruyacaqsınız.
Gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı açıqlanıb
Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.
Sürücülərə ŞAD XƏBƏR - Parklanma müddəti dəyişdirilir
Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir. Məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir.
Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan edib
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.














