Balıqtutan cihazların Azərbaycana gətirilməsi qadağan olunur

Kiçik ilgəkli balıqtutan torların, balığı elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazların Azərbaycana gətirilməsinə qadağa qoyulur. “Olaylar” xəbər verir ki, bununla bağlı “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik edilir.

Kiçik ilgəkli balıqtutan torların, balığı elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazların Azərbaycana gətirilməsinə qadağa qoyulur. "Olaylar" xəbər verir ki, bununla bağlı "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliyə əsasən, siyahıya diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar və keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoruvə akkumlyatordan (batareya) ibarət balıq və digər su bio resurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar əlavə edilir. Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31