Sosial

“Facebook bizi niyə aqressiv edir?” – DƏYİRMİ MASA

25 Oktyabr 2017 10:18

“Sosial şəbəkələrdə insanların mənəvi təzyiqə, təhdidə məruz qalmasının, yersiz qəzəb doğuraraq “linç edilməsi”nin səbəbləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın qonaqları psixoloq Murad İsayev, tanınmış jurnalist, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət və sosial media mütəxəssisi Orxan Rzayevdir. Şərif Ağayar və Ayxan Ayvazın moderatorluğu ilə keçirilən müzakirəni təqdim edirik.    

Zinyət əşyalarındakı qiymətli daşlar sağlamlıq üçün nə VƏD EDİR?

25 Oktyabr 2017 06:41

İnsanlar qiymətli daşlardan əsasən zinyət əşyaları kimi istifadə edirlər. Zaman-zaman bu cür gözqamaşdıran əşyalar dəbə uyğun formasını dəyişsə də, orqanizmə təsirini dəyişmir. Ayrı-ayrılıqda hər bir qiymətli daşın orqanizmə öz təsiri var.   Zümrüd göz xəstəliklərinin şəfqət daşıdır. Bu qiymətli daşın yaşıl rəngi gözlərdəki gərginliyi götürməklə yanaşı sinir sistemini də sakitləşdirir.

Tanınmış kəşfiyyatçı faciəvi şəkildə öldü Bakıda

25 Oktyabr 2017 06:16

Bakıda ölüm hadisəsi baş verib. Hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb. Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.

Miqrenin ən mühüm səbəbini bilirsinizmi?

24 Oktyabr 2017 19:05

Mütəxəssislər miqrenə qarşı nizamlı yuxu, balanslı qidalanma, idman etmək və gündə 2-3 litr su içmәyi tövsiyə etmәklә yanaşı, stress, əsən havalar, parlaq işıq, yüksək səsli şəraitlər və kəskin qoxulardan uzaq durmağı zәruri hesab edirlər.

"Açıq geyinib müştəri axtarırlar" - Nisədən müğənnilərə

24 Oktyabr 2017 19:00

Xalq artisti Nisə Qasımova açıq-saçıq geyinən müğənniləri tənqid edib. Məlumata görə, müğənni “ATV maqazin onlarla” verilişində deyib ki, bir çoxları soyunaraq özünə sevgili tapmağa çalışır: “Nə qədər açıq geyinsən, yaxan, ayağın açıq olsa, ayıbdır. Açıq-saçıq geyinərək, ayaqlarını nümayiş etdirərək sevgili, müştəri axtarırlar. Biri adını sponsor, biri sevgili qoyur. Biri də deyir arvadından boşatdıracam, gələcəkdə ərim olacam. Sənin peşən müğənnilikdir. Gərək onda həkim də soyunsun? Desin, mənə hər şey olar? Elə düşünməsinlər ki, xanımların geyimlərinə irad tutur, bəyənmirəm”.

Arıqlamaq istəyənlər üçün  SADƏ QAYDALAR

24 Oktyabr 2017 18:45

Hazırda dünyada ən çox yayılmış problemlərdən biri həddindən çox kilo almaqla bağlıdır. Buna görə demək olar ki, əksəriyyət arıqlamaq üçün müxtəlif vasitələrdən istifadə etsə də, nəticəsi müsbət olmur. Ailem.az arıqlamaq istəyənlərin əməl etməli olduğu müəyyən qaydalar barədə məlumat verir.

Müxtəlif ağrı və iltihabı müalicə edən vasitə: KƏLƏM YARPAĞI

24 Oktyabr 2017 18:40

Keçmişdə nənələrimiz təbii vasitələrin köməyi ilə çox uğurla müxtəlif xəstəlikləri müalicə edirdilər. Kələm yarpağı belə müalicəvi vasitələrdən biridir. Təzə kələm yarpağının köməyi ilə əsasən müxtəlif ağrı və iltihabları müalicə edirdilər. Belə ki, baş ağrısı zamanı nənələrimiz kələm yarpağını əzib alın nahiyəsinə qoyurdular və bu "kompres"lə uzanırdılar. Bir müddətdən sonra ağrı azalırdı.

Soyuq deyil, mikroblar xəstə edir

24 Oktyabr 2017 18:37

Qış mövsümüylə birlikdə havaların yaxşıca soyuduğu günlərdə xəstəliklərin sayında əhəmiyyətli dərəcədə artım baş verir. Soyuqdəymə, qrip demək olar ki, qış mövsümünün ən çox rast gəlinən xəstəlikləri arasında yer alır.

Qrip və soyuqdəymə arasındakı fərqlər

24 Oktyabr 2017 18:33

Ağrı: Qrip boğaz, baş, əzələ ağrıları kimi əlamətlərlə özünü göstərir. Əlamətləri 48 saat içərisində başlayır və antiviral dərmanlarla müalicəyə dərhal başlanması lazımdır. Təxminən 5 gün içərisində özünüzü daha yaxşı hiss etməyə başlasanız da, bir həftə və ya daha uzun müddət halsızlıq problemi yaşaya bilərsiniz. Soyuqdəymədə isə ümumiyyətlə daha az ağrı və burun tıxanıqlığı ilə özünü göstərir və bir həftə içərisində sağalır.

Sətəlcəm xəstəliyi nədir?

24 Oktyabr 2017 18:29

Sətəlcəm bir və ya hər iki ağciyərdə iltihaba səbəb olan alt tənəffüs sistemi ağciyər infeksiyasıdır. Bu ifeksiya həftələrlə davam edən və ənənəvi müalicəyə cavab verməyən qripə bənzər simptomlara səbəb olur. Sətəlcəm fərqli şəkillərdə ola bilər.