Tanınmış kəşfiyyatçı faciəvi şəkildə öldü Bakıda
Bakıda ölüm hadisəsi baş verib. Hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb. Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.
25 Oktyabr 2017 06:16 SosialBakıda ölüm hadisəsi baş verib. Hadisə Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.
Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.
Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.
Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar" ləqəbi verilib.
Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib. Qafqazinfo