Metodistlər üçün işə qəbul üzrə müsabiqəsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir. “OLAYLAR”-a idarədən daxil olan məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər. Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, 28 oktyabr 2017-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
24 Oktyabr 2017 14:42 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edir. "OLAYLAR"-a idarədən daxil olan məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə üzrə ali təhsilli, 5 il pedaqoji iş təcrübəsi olan (elmi dərəcəsi olduqda 3 il), təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də mentoluq sertifikatı olan şəxslər iştirak edə bilərlər. Müvafiq tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq, 28 oktyabr 2017-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.