Sosial

Azərbaycanda hansı sahələr üzrə alimlərin hazırlanmasına ehtiyac var?

24 Oktyabr 2017 13:19

Hazırda Azərbaycanda təhsilalan doktorantların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələrinin payına düşür. Lakin milli iqtisadiyyatımızın prioritetləri texnoloji, texniki, təbiət və kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasına xüsusi diqqətin yetirilməsini tələb edir.

Modelin ölümü ilə bağlı başlanan cinayət işi yenilənib

24 Oktyabr 2017 13:10

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işi yenilənib. Bu barədə vəkil İradə Cavadova məlumat verib. Vəkil bildirib ki, ölüm faktı ilə bağlı başlanılan cinayət işi Nərimanov rayon Prokurorluğunun qərarı ilə yenilənib. Cinayət işi yenidən araşdırılacaq.

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllim işdən çıxarılıb

24 Oktyabr 2017 13:01

Gürcüstan paytaxtında şagirdləri təhqir etməkdə suçlanan 67 saylı ictimai məktəbin kimya müəllimi Dodo Kezua işdən azad olunub. Azərbaycanlı qız şagirdi də təhqir etdiyi bildirilən D. Kezuanın vəkili qərarın qanunsuz olduğunu deyib. O bildirib ki, qərarla bağlı məhkəməyə müraciət olunacaq.

Meteohəssas insanlara xəbərdarlıq

24 Oktyabr 2017 12:45

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Pambıq zavodunda yanğın baş verib

24 Oktyabr 2017 12:35

Beyləqan rayonunda fəaliyyət göstərən pambıq zavodunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar” a verilən məlumata görə, hadisə Daşburun qəsəbəsində pambıq zavodunun ərazisində qeydə alınıb. Nəticədə 200 kq pambıq yanıb, pambıq tayanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Binəqədi rayonuna içməli su fasilələrlə veriləcək

24 Oktyabr 2017 12:28

24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Amerikalı jurnalist ASAN xidmətdən yazdı

24 Oktyabr 2017 11:48

Amerikalı jurnalist Nurit Qrinqerin “The Jerusalem Post”da “ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”” adlı məqaləsi dərc olunub. Olaylar bildirir ki, Nurit Qrinqer Azərbaycana səfəri zamanı “ASAN xidmət” mərkəzində olub və məqaləsində Prezident cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin bürokratiyaya qarşı mübarizədə unikal bir yanaşma olduğunu bildirib.

"Azərbaycanın qadınların zorakılıq hallarından müdafiədə qətiyyətli olması təqdirəlayiqdir”

24 Oktyabr 2017 11:37

“Azərbaycan hökumətinin ölkədə hər bir qadının zorakılığın bütün formalarından tam müdafiə olunmasının təmin edilməsində qətiyyətli olması təqdirəlayiqdir”. Bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, UNFPA nümayəndəsi Qulam İshaqzai “ Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövsuzunda keçirilən konfransda çıxış edərkən deyib.

Dünyada hər 3 qadından biri zorakılığa məruz qalır

24 Oktyabr 2017 11:35

"Təəssüf ki, dünyanı öz məngənəsinə alan kobud insan hüquqlarının pozuntusu olan gender əsaslı zorakılıqdan dünyada hər 3 qadından 1-i əzab çəkir. Bu səbəbdən də dövlətlər gender əsaslı zorakılığın qarşısını alınmasında həm individual, həm də institusional müstəvidə diqqət ayırmalıdırlar". Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin Missiya rəhbərinin müavini Vilyam Gill "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizmlərinin yaradılması" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.

Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi

24 Oktyabr 2017 11:30

Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib. Məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevanın tapşırığı ilə fond tərəfindən xalq artistinə ev hədiyyə olunub.

Norveçə qaçmış azərbaycanlı jurnalist göyərti satır

24 Oktyabr 2017 11:08

"Zerkalo" qəzetinin və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun keçmiş əməkdaşı, Norveçə köçmüş İdrak Abbasov göyərti yetişdirməklə məşğuldur. NAV və "Midt-Telemark Næringsutvikling" ictimai təşkilatları əsas məqsədi Norveçdə yaşayan qaçqınların iş probleminin həlli olan layihə yaradıblar. Hazırda keçmiş azərbaycanlı jurnalistdən savayı, layihədə Suriyadan, Keniyadan və Eritreyadan səkkiz nəfər iştirak edir.

"Zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlər yaradılmalıdır"

24 Oktyabr 2017 11:05

"Bu gün dünyanın ən mühüm problemlərindən biri gender əsaslı zorakılığın qarşısının alınmasıdır. Bu məsələnin həll edilməsi sahəsində bütün ölkələr dövlət səviyyəsində iş aparır, müxtəlif layihələr keçirir. Azərbaycan da bu prosesdən kənarda qalmayıb".