Sosial

Topçubaşovun qızı vəfat etdi

24 Oktyabr 2017 09:48

Azərbaycanda ipoteka kreditləri ilə bağlı – MÜHÜM QƏRAR

24 Oktyabr 2017 06:49

“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb. Qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb.

Lider Televiziyasında təlimlər

24 Oktyabr 2017 06:48

Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində Lider Televiziyasında növbəti təlim olub. Təlimdə Lider televiziyasında çalışan gənc aparıcı və reportyorlar iştirak ediblər. Olaylar bildirir ki, AMEA, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Ekran və efirdə üslub xətalarının aradan qaldırılması” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar.

Qulam İshaqzai tələbələrə mühazirə oxuyub

24 Oktyabr 2017 06:29

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Qonağı salamlayan K.Abdulla ümid etdiyini bildirib ki, onun “Səfir saatı” layihəsi çərçivəsində mühazirəsi ADU-da ilk və son mühazirəsi olmayacaq və mütəmadi olaraq tələbələrlə görüşərək öz fikirlərini onlara çatdıracaq. 

Nova SCT 2017 ulduzuna dair müşahidələr aparılır - ŞAMAXIDA

23 Oktyabr 2017 18:45

Avqustun 7-dən etibarən beynəlxalq layihə çərçivəsində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda Optik Lifli Eşelle Spektroqraf vasitəsilə "Nova SCT 2017" ulduzunun yüksək ayırdetməli spektral müşahidələri aparılıb. Ötən üç ay ərzində rəsədxanada elmi işlər üzrə direktor müavini f.ü.f.d., dosent Xıdır Mikayılovun rəhbərliyi altında ulduzun davamlı müşahidəsi aparılıb. Müşahidə materialları ilkin olaraq emal edilib və layihə iştirakçılarına göndərilib.

Sabahdan növbəti güclü geomaqnit qasırğası başlayır

23 Oktyabr 2017 17:52

Sabah və növbəti iki gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir.   Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev  bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin getdikcə artacaq. Oktyabrın 24-də axşama doğru G1 kateqoriyalı, 25 oktybarda isə G2 kateqoriyalı qasırğa gözlənilir.

Abşeronda vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişlənib

23 Oktyabr 2017 17:35

“Hökməlidə Nubar qəsəbəsi və Masazırda “Zəli gölü” çökmə - sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Zəhra haqqında kitab nəşr olundu

23 Oktyabr 2017 17:09

Deputat Aydın Mirzəzadənin tərtibçiliyi ilə "Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitab nəşrdən çıxıb.“Olaylar”ın məlumatına görə, kitabın məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur. Kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyevanı və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.

Avtomobil vuran piyada xəstəxanada ölüb

23 Oktyabr 2017 17:01

Yasamal rayonunun H.B.Zərdabi küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində Bakı şəhər sakini Kamran Rzayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən paytaxt sakini Şəfəq Şirəliyevanı vurub. Ş.Şirəliyeva xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.