Avtomobil vuran piyada xəstəxanada ölüb
Yasamal rayonunun H.B.Zərdabi küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində Bakı şəhər sakini Kamran Rzayev idarə etdiyi “Honda” markalı avtomobillə yolu keçən paytaxt sakini Şəfəq Şirəliyevanı vurub. Ş.Şirəliyeva xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.
23 Oktyabr 2017 17:01 SosialYasamal rayonunun H.B.Zərdabi küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 22-də saat 14 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində Bakı şəhər sakini Kamran Rzayev idarə etdiyi "Honda" markalı avtomobillə yolu keçən paytaxt sakini Şəfəq Şirəliyevanı vurub. Ş.Şirəliyeva xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.