Nova SCT 2017 ulduzuna dair müşahidələr aparılır - ŞAMAXIDA
Avqustun 7-dən etibarən beynəlxalq layihə çərçivəsində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda Optik Lifli Eşelle Spektroqraf vasitəsilə "Nova SCT 2017" ulduzunun yüksək ayırdetməli spektral müşahidələri aparılıb. Ötən üç ay ərzində rəsədxanada elmi işlər üzrə direktor müavini f.ü.f.d., dosent Xıdır Mikayılovun rəhbərliyi altında ulduzun davamlı müşahidəsi aparılıb. Müşahidə materialları ilkin olaraq emal edilib və layihə iştirakçılarına göndərilib.
23 Oktyabr 2017 18:45 SosialAvqustun 7-dən etibarən beynəlxalq layihə çərçivəsində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda Optik Lifli Eşelle Spektroqraf vasitəsilə "Nova SCT 2017" ulduzunun yüksək ayırdetməli spektral müşahidələri aparılıb.
Ötən üç ay ərzində rəsədxanada elmi işlər üzrə direktor müavini f.ü.f.d., dosent Xıdır Mikayılovun rəhbərliyi altında ulduzun davamlı müşahidəsi aparılıb. Müşahidə materialları ilkin olaraq emal edilib və layihə iştirakçılarına göndərilib.
Qeyd edək ki, bu ulduz 19 iyun 2017-ci il tarixində aşkar edilib (magnitude=14.7m). İlkin ulduz ölçüsü isə magnitude=17m olub. ~45 gün ərzində ulduz parlaqlığını ≈2500 dəfə artaraq 8,5 m ulduz ölçüsünə qədər çatıb.