Qulam İshaqzai tələbələrə mühazirə oxuyub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Qonağı salamlayan K.Abdulla ümid etdiyini bildirib ki, onun “Səfir saatı” layihəsi çərçivəsində mühazirəsi ADU-da ilk və son mühazirəsi olmayacaq və mütəmadi olaraq tələbələrlə görüşərək öz fikirlərini onlara çatdıracaq. 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Qonağı salamlayan K.Abdulla ümid etdiyini bildirib ki, onun "Səfir saatı" layihəsi çərçivəsində mühazirəsi ADU-da ilk və son mühazirəsi olmayacaq və mütəmadi olaraq tələbələrlə görüşərək öz fikirlərini onlara çatdıracaq. 

Q.İshaqzai, öz növbəsində rektora yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün tamam olduğunu qeyd edən qonaq bu münasibətlə baş tutacaq "BMT həftəsi"nin ilk tədbirinin Dillər Universitetində başladığını söyləyib və buna görə öz minnətdarlığını ifadə edib. O, əməkdaşlığın bundan sonra daha yüksək səviyyədə inkişaf edəcəyinə ümid etdiyini bildirib. 

Görüşdən sonra Q.İshaqzai universitetdə həyata keçirilən yeni "Səfir saatı" layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb. "Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan: 25 illik tərəfdaşlıq" mövzusunda mühazirə deyən Q.İshaqzai təşkilatın yaranması və fəaliyyətindən danışıb. Tarixi faktları qeyd edən Q.İshaqzai təşkilata daxil olan qurumlardan bəhs edib.Təşkilata üzv olan dövlətlərdən söz açan qonaq Azərbaycanın da 1992-ci ildən başlayan üzvlüyündən bəhs edib. Q.İshaqzai gənclərə müzakirələr aparıb alternativləri tapmaq istiqamətində fəal olmağı tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31